Qiymətli kağızların təhlili üzrə mütəxəssis

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 27.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Xarici Qiymətli Kağızlar bazarında emissiya edən qlobal şirkətlərin kredit riskinin müəyyən edilməsi üçün təhlillərin və araşdırmaların aparılması;
  • Aparılan araşdırmalar və təhlillər əsasında potensial investisiyalar üzrə müvafiq rəyin (alış/satış/saxlanılma) verilməsi;
  • Maliyyə bazarlarında baş verən tendensiyaların müşahidə edilməsi və mövcud investisiya portfelinin kredit riskinə təsirinin müəyyənləşdirilməsi;
  • Qiymətli kağızların alğı-satqısı üzrə həyata keçirilən əqdlərin daxili qaydalara əsasən yoxlanılması və təsdiqlənməsi;
  • İnvestisiya portfelinin inkişafı üzrə Bankın İnvestisiya Şöbəsinə dəstəyin verilməsi və s.

Tələblər:

  • Ali təhsil (maliyyə/ iqtisadi);
  • Bloomberg Market Concept sertifikatının olması arzuolunandır;
  • CFA və ya FRM sahəsində nailiyyətlər arzuolunandır;
  • Qiymətli Kağızlar bazarına dair məlumatın olması;
  • Araşdırma və analitik düşünmə bacarığı;
  • Qərarvermə və kollektiv mühitdə işləmə qabiliyyəti;
  • Bloomberg terminalı ilə tanışlıq;
  • Təqdimatların hazırlanması;
  • Bu səhədə iş təcrübəsinin olması arzuolunandır.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

İşəgötürənin reytinqi