Mühasib-köməkçisi

İşin təsviri

İş barədə məlumat:

  • Mühasibat və vergi uçotunun aparılması qaydalarını rəhbər tutaraq uçotun aparılması
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1C proqramında) əks etdirilməsi
  • Vergi, statistika, mənfəət,DSMF və digər hesabatların hazırlanması və göndərilməsi
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili (müqavilə,hesab-faktura, təhvil-təslim aktları və s.)
  • Debitor və kreditor hesablaşmaların aparılması
  • Əmək haqqı, məzuniyyətlərin hesablanması
  • Elektron qaimələrin yazılması

Namizədə tələblər:

  • Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • Yaş həddi: 20-35
  • Dil bilikləri: Rus dili, İngilis dili
  • Programlar: 1C, MS Office (əsasən Excel, Word və Outlook) proqramlarında sərbəst işləmək bacarığı
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlıq kimi müsbət göstəricilərə sahib olmaq

CV-lərinizi foto ilə birlikdə “Mühasib-köməkçisi” başlığı altında göndərməyiniz xahiş olunur. Əks təqdirdə cv-lərə baxılmayacaq.