Daxili Audit Xidmətinin Rəhbəri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yerli qanunvericilik və və daxili qaydalara əsasən Audit proseslərini təmin etmək, sığorta fəaliyyətinin qanunauyğunluğunu yoxlamaq;
  • Audit siyasətləri, sistemləri və prosedurlarını hazırlamaq və müntəzəm olaraq təkmilləşdirmək;
  • Risklərin qiymətləndirilməsi əsasında audit planını hazırlamaq və yoxlamalrı həyata keçirmək;
  • Daxili Audit xidmətinin fəaliyyəti haqqında məlumatları, o cümlədən Audit yoxlamaları zamanı əldə edilmiş faktları Təftiş Komissiyasına təqdim etmək;
  • Aparılmış audit əsasında tələb olunan tövsiyələri hazırlamaq və müvafiq strukturların nəzərinə çatdırmaq;
  • Daxili Audit tövsiyələrinə uyğun olaraq tədbirlər planının icrasının monitorinqini aparmaq; 
  • Daxili audit üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş normativlərin və icrası məcburi olan göstərişlərin, digər norma və məhdudiyyətlərin yerinə yetirilməsi üzrə nəzarətin işləyib işləmədiyini yoxlamaq;

Tələblər:

  • Ali təhsil;
  • Sığorta Qanunvericiliyində nəzərdə tutulmuş tələblər;
  • Audit üzrə Beynəlxalq sertifikatlar arzuolunandır;
  • Audit və sığorta əməliyyatlarının auditi üzrə ən azı 3 il peşəkar təcrübə;
  • Yerli əmək qanunvericiliyi üzrə biliklər; 
  • Planlaşdırma və proseslərə nəzarət etmək bacarığı;
  • Güclü ünsiyyət bacarığı;
  • MS Office programları üzrə biliklər;
  • Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı, ingilis dili arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər CV formasını 30 Yanvar 2023-cü il tarixinədək  Mövzu/Subject hissəsində “Daxili Audit Xidmətinin Rəhbəri” qeyd edərək elektron ünvanına göndərə bilərlər. 

Email: [email protected]