Mühasib

  • Premium Təchizat
  • Elanın qoyulma tarixi: 17.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
  • Vergi və mühasibat uçotunun aparılması
  • Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
  • Debitor və kreditor hesablaşmaların aparılması
  • Əmək haqqı, məzuniyyətlərin hesablanması
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s
  • Mal-materialların uçotunun aparılması
  • İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması
  • Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
  • Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi

Vəzifədən irəli gələn səriştələr:

  • Dəqiqlik
  • Diqqətlilik
  • Məsuliyyət
  • Komandada işləmək
  • Stressə davamlılıq
  • Analitik düşünmə və riyazi hesablama qabiliyyəti

Vəzifəyə olan Tələblər:

  • Ali təhsil (Maliyyə, mühasibatlıq və audit üzrə); 
  • Ofis və 1C proqramlarında işləmə biliyi vacibdir; 
  • İş stajı: 3 ildən yuxarı; 
  • Yaş həddi: 30-40;
  • İngilis və rus dili (arzuolunandır)

Əmək şəraitinin şərtləri:

  • İş yeri Bakı şəhəri 
  • İş qrafiki: I-V günlər, 09:00-18:00
  • İşə qəbul AR ƏM əsasında 

Maraqlanan namizədlər CV-lərini elektron ünvanına " Mühasib" başlığını qeyd edərək göndərə bilərlər..

Email: [email protected]