Məsafədən satış və xidmət şöbəsinin Telemarketinq bölməsində kiçik mütəxəssis

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 16.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Bankın qeyri-kredit məhsulların satışı və aktivasiya yönümlü zənglər etmək;
  • Müştərilərə birbank, taksit, debet kart, aktivasiya və s. qeyri-kredit məhsulların satışı və məlumat verilməsi ilə bağlı zənglər etmək;
  • Müştərilərə müxtəlif sorğuların keçirilməsi ilə bağlı zənglər etmək;
  • Müştərilər tərəfindən qeyri-kredit məhsulları ilə bağlı daxil olan müraciətləri cavablandırmaq;
  • Potensial müştəriləri təhlil etmək və rəsmiləşdirilə biləcək məhsulu müəyyən etmək;
  • Potensial müştəriləri Bankın filiallarına yönləndirmək və rəsmiləşmə prosesini sona qədər təqib etmək və s.

Tələblər:

  • Ali təhsil;
  • Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
  • Microsoft Office proqramları üzrə biliklər;
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik;
  • Təzyiq altında işləmə qabiliyyəti;
  • Qərar qəbuletmə bacarığı;
  • Kollektivdə işləmə bacarığı;
  • Müştərilərlə danışma qabiliyyəti.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

https://hr.kapitalbank.az/

İşəgötürənin reytinqi