Risklərin idarə olunması və keyfiyyətə nəzarət üzrə mütəxəssis (İT yönümlü)

  • Azericard
  • Elanın qoyulma tarixi: 12.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkət üzrə mövcud və potensial risklərin araşdırılması və vaxtında müəyyən edilməsi;
  • Risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi;
  • Biznes proseslərinin İT və əməliyyat risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi;
  • İT risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət;
  • Dəyişikliyin idarə olunması prosesində iştirak;
  • Biznes prosesləri üzrə İT və əməliyyat risklərinin təhlili və dəyişiklik təkliflərinin hazırlanması;
  • Müəssisədə risklərin idarə edilməsi proqramının İT risk komponentinin icra edilməsi;
  • Maliyyə və qeyri-maliyyə riskləri üzrə reyestr, əsas risk indikatorları və risk xəritəsinin hazırlanması, onların mütəmadi olaraq nəzərdən keçirilməsi;
  • Keyfiyyətə Nəzarət Planının icrasına nəzarət;
  • İş prosesində keyfiyyətin idarə edilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması.

Tələblər:

  • İş təcrübəsi: Risklərin idarə edilməsi, keyfiyyətə nəzarət İT risklərinin idarə edilməsi, İT təhlükəsizlik və ya İT sahəsi üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur;
  • Təhsil: ali təhsil (iqtisadi, informasiya texnologiyaları və ya tətbiqi riyaziyyat ixtisası üzrə);
  • Dil bilikləri: Azərbaycan dili - əla, Rus dili mütləqdir, İngilis dili arzuolunandır;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Beynəlxalq standartları və qabaqcıl təcrübələri (PCI, ISO, NIST, Cobit, ITIL) həyata keçirmək üçün biliklər; 
  • Üstünlüklər: İT risk, audit və ya daxili nəzarət sahələrində təcrübə və sertifikatlara üstünlük verilir;
  • Komputer və şəbəkə təhlükəsizliyi, Əsas şəbəkə servisəlrini anlamaq
  • Proqram təminatlarının, tətbiqlərin hazırlanma prinsipləri barədə baza biliklər.

Namizədlərdən CV-lərini “Risklərin idarə olunması və keyfiyyətə nəzarət üzrə mütəxəssis” mövzusu ilə göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Email: [email protected]  

İşəgötürənin reytinqi