Korporativ satış meneceri

  • Araznet MMC
  • Elanın qoyulma tarixi: 11.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • Sifarişləri qeydiyyata almaq
  • Elektron sifarişləri idarə etmək
  • Satışla bağlı dövrü (gündəlik, həftəlik, aylıq) hesabatları hazırlamaq
  • Məhsul sifarişinə dair daxil olan məlumatları Satış Nöqtələri ilə əlaqə saxlayaraq dəqiqləşdirmək və realizə edilməsini təmin etmək
  • Şirkətlə əməkdaşlıq edən Satış Nöqtələrinin və müştərilərin verilənlər bazasını formalaşdırmaq və daim yeniləmək
  • Tərəfdaşlar və müştərilər üçün keçirilən tədbirlərin təşkilində iştirak etmək
  • Əmək funksiyalarına və struktur bölmə rəhbərinin verdiyi tapşırıqlara uyğun görülən işlərin nəticələrinə dair həftəlik, aylıq və illik əsasda hesabat hazırlamaq;
  • Struktur bölmə rəhbərinin verdiyi digər tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər:

  • Ali təhsil (biznes, menecment, və s. oxşar sahələr üzrə) 
  • Satış sahəsi üzrə nəzəri biliklər;
  • Videomüşahidə kamera sistemləri , şəbəkə avadanlığı İP və TV kameralarının satışı sahəsində  təcrübə üstünlükdür;
  • MC Ofis proqramları
  • Yaş həddi  20-25
  • Rus və ingilis dillərinin birini yüksək səviyyədə bilməli;
  • Məsuliyyətli, nizamlı.

Maraqlanan namizədlər CV-lərini elektron ünvanına "Satış operatoru" başlığını qeyd edərək göndərə bilərlər.

Email: [email protected]