Hesabatlıq şöbəsinin stajçı / kiçik mütəxəssisi

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 06.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşi̇n Təsvi̇ri̇:

  • Bankın müvafiq bölmələrinin və banka nəzarətedici orqanın və ya bankla əməkdaşlıq edən təşkilatların (dövlət orqanları və s.) tələbi ilə lazımi hesabat və arayışların hazırlanması, təhlili və təqdim edilməsi, sorğuların cavablandırılması;
  • Bankın kredit portfelinin müxtəlif meyarlar üzrə təsnifləşdirilməsi və ayrı-ayrı dövrlər üzrə müqayisəli təhlilinin aparılması məqsədilə hesabatların hazırlanmasının və təqdim olunmasının təmin edilməsi;
  • Effektliyin artırılması məqsədilə hesabatların hazırlanması prosesinin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
  • Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması.
  • Hesabatların avtomatlaşdırılması üçün aidiyyatı funskional strukturlar ilə işlərin aparılması:
  • Bankın kredit sahəsi üzrə təhlillər aparılması və detallı, geniş analitik hesabatların hazırlanması;
  • Vəzifə öhdəliklərindən irəli gələn digər işlərin görülməsi.

Nami̇zədə Dai̇r Tələblər:

  • Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə ali magistr təhsili;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır);
  • Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
  • Bank təcrübəsi olanlara üstünlük verilə bilər (kiçik mütəxəssis tələbi üzrə);
  • Microsoft Office proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə peşəkar səviyyədə Microsoft Excel-dən istifadə bacarığı);
  • SQL proqramlaşdırma dili və Power BI üzrə biliklərin olması arzuolunandır;
  • Bank modulları (əsasən FlexCube), BI prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi (kiçik mütəxəssis tələbi üzrə);
  • Bank proqram təminatlarına yüksək adaptasiya qabiliyyəti;
  • Güclü analitik, alqoritmik düşünmə və riyazi hesablama aparmaq qabiliyyəti;
  • Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək qabiliyyəti;
  • Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq, digər əməkdaşlarla biliklərini bölüşmək qabiliyyəti;
  • İşdə dəqiqlik, məsuliyyətlilik, təqdimat bacarığı və detallara fikirvermə qabiliyyəti;
  • Yüksək qavrama, öyrənmə, yenilikləri intensiv və dərindən mənimsəmə qabiliyyəti.

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri: 

E - mail:  [email protected]

Telefon:  (012) 404 43 39

Faks:  (012) 404 43 34 

İşəgötürənin reytinqi