Fasad Memarı

  • Kristal Abşeron
  • Elanın qoyulma tarixi: 05.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Memarlıq ixtisası üzrə ali təhsil;
  • Fasad Memarı olaraq olaraq inşaat sektorunda minimum 3-5 il iş təcrübəsi;
  • Yaxşı səviyyədə MS Office, Autocad (2D və 3D olaraq), ArchiCAD proqramlarında işləməyi bilməli;
  • Azərbaycan dili mükəmməl, İngilis dili arzuolunandır;
  • Komandada işləmək bacarığı.

Vəzifələr:

  • Obyektə ilkin baxışın keçirilməsi, lazımi tələblərin müəyyən edilməsi və ölçü vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
  • İlkin baxış zamanı innovativ və müasir dizayn tendensiyaları barədə təkliflərin verilməsi;
  • Müvafiq proqram təminatı vasitəsilə qiymətləndirilmiş obyektin ilkin eskiz və işçi layihələrinin yüksək keyfiyyətli üçölçülü təsvirlərinin (2D və 3D) hazırlanması;
  • Vizual dizayn konsepsiyası hazırlayarkən texniki cəhətdən mümkün olan, texniki şərtlərə cavab verən, layihənin memarlıq, konstruksiya və digər hissələri ilə uyğunluğunun əsas götürülməsi;
  • Layihənin icrası zamanı tikinti prosesində eksteryer və interyerdə istifadə ediləcək materialları və onların ölçülərinin nəzərə alınması;
  • Hazırlanmış ilkin eskiz və işçi layihəni ilkin qiymətləndirmə üçün təqdim edilməsi və təklif olunan yenilik və dəyişikliklərə əsasən detay və düyüm nöqtələrinin hazırlanıb sahəyə verilməsi;
  • Layihə-dizayn işlərinin seçilmiş dizayn üslubuna və dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasının təmin edilməsi;
  • Layihənin hazırlanmış eksteryer və interyerinin 2D və 3D görünüşünün, tikinti başa çatdıqda real görünüşlə eyni olması üçün obyektin tikintisində müəllif nəzarətinin yerinə yetirilməsi, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət edilməsi.

İş şəraiti:

  •  6 günlük iş qrafiki;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Fasad Memarı” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi