Mühasibatlıq və xəzinədarlıq şöbəsinin aparıcı məsləhətçisi/baş məsləhətçisi

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Görəcəyiniz işlər:

  • Maliyyə hesabatlarının tərtib edilməsinə dəstəyin göstərilməsi;
  • İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi;
  • Ezamiyyə ilə bağlı ödənişlərin həyata keçirilməsi;
  • Əmək haqqının hesablanması və ödənilməsi üzrə müxabirləşmələrin yazılması;
  • Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
  • DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsi;
  • Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyənnamənin hazırlanması;
  • Müvafiq dövlət qurumlarından əmək haqqı ilə bağlı təqdim edilmiş hesabatlarla əlaqədar məktubların cavablandırılması;
  • İşçilər üçün bank kartlarının sifarişi;
  • Əmək haqqı üzrə statistika hesabatlarının hazırlanması;
  • Təşkilatın auditi zamanı əmək haqqı və digər müvafiq sənədlərin təqdim edilməsi və yaranmış sualların cavablandırılması.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (iqtisadiyyat, maliyyə və ya mühasibat uçotu üzrə);
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • İri həcmli məlumatlarla işləmək bacarığı;
  • Excel proqramı üzrə mükəmməl səviyyədə biliklərin olması;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Vergi Məcəlləsi və əmək haqqı ilə bağlı digər normativ hüquqi aktları üzrə biliklərinin olması;
  • Xarici dil bilikləri: İngilis dili (orta səviyyə);
  • Yüksək analitik təhlil, ünsiyyət, çeviklik, komandada işləmə bacarıqları.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi16.01.2023-cü il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Email: [email protected]