iOS Developer

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 27.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Məhsul yaradılmasına töhfə verilməsi, öz kod və qərarları ilə həll təklifi, biznes dəyərlərini çatdırmaq üçün mobil mühəndislik təcrübəsinin gücləndirilməsi;
  • Banka dəyər qatacaq Android/iOS platforması üçün yüksək səviyyəli proqramların yaradılması;
  • Tələb olunan proqramın visual elementlərini yaratmaq üçün UI/UX dizayn çərçivələrinin koda çevrilməsi;
  • Qrafik dizayn və texniki icra arasında boşluğu aradan qaldırmaq üçün UI/UX dizaynerlər ilə əməkdaşlıq və hər iki tərəfin işində aktiv iştirak etməklə proqramın iş prinsipinin müəyyən edilməsi;
  • Üçüncü tərəflərlə əməkdaşlıq, onların təmin etdiyi verilənlər bazası, kitabxanalar və APİ-lar ilə iş, həmçinin sürət, keyfiyyət və stabillik üçün testlərin təşkili;
  • Dəqiqlik və funksionallıq üçün kodların nəzərdən keçirilməsi;
  • İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
  • “Agile” işləmə yollarının təkmilləşdirilməsi və dəstəklənməsi;
  • Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri də daxil olmaqla, mühəndislik işlərinin təmin edilməsi;
  • Şöbənin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedur, məxfilik siyasəti və dövlət qanunvericiliyinə uyğun olaraq icrası;
  • Bankın daxili qayda, proses, siyasət, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar təlimatlarına ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət.

Sizdən nə tələb olunur?

Təhsil: İnformasiya texnologiyaları, riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr təhsili

İş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 1 il

Xarici dillər: İngilis

Komputer bilikləri:

  • “Native Android” və ya “Native iOS development”
  • “Kotlin” və ya “Swift”
  • “RESTful APIs” daxil olmaqla HTTP infrastuktur biliyi
  • “Verilənlərin strukturu və alqoritmlər” biliyi
  • Məlumatların saxlanılması (keşləmə)
  • Asinxron proqramlaşdırma

Digər: İdarəçilik, ünsiyyət və hesabat bacarıqları

Üstünlük verilir:

  • Proqram dizayn üsulları
  • Reaktiv proqramlaşdırma
  • CI/CD
  • Parallel proqramlaşdırma
  • Firebase, və ya digər analitika alətləri ilə təcrübə

 

https://glorri.com/pashabank/63aa99f3ca8a2aa8f5a9ce59-iOS%20Developer?sources

İşəgötürənin reytinqi