Mühasib

  • Alliance Clinic
  • Elanın qoyulma tarixi: 26.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılması
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyəni hazırlamaq
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
  • Mühasibat, Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlarını aparmaq
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
  • Rəsmi hesabatların hazırlanması və təqdim etmək
  • Elektron Qaimə Faktrura, Hesab Fakturaları hazırlamaq
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: I-VI günlər, 09:00-dan 18:00-dək, istirahət günü: bazar
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilir;
  • Əmək haqqı: namizədin bilik bacarığına əsasən təyin edilir

Namizədə tələblər:

  • Yaş həddi: 25-45
  • Ali təhsil (Mühasibat uçotu, Maliyyə ixtisası üzrə)
  • Mühasibatlıq sahəsində 2 ildən artıq iş təcrübəsi
  • Azərbaycan (sərbəst şəkildə), rus (orta səviyyə) bilməli
  • Office (Word, Excel) Outlook və 1C 8.3 proqramlarında işləmə bacarığı
  • Analitiq düşüncə qabiliyyəti
  • Məsuliyyətli və işində dəqiq
  • Komandada işləmək bacarığı

Alliance Clinic tərəfindən digər vakansiyalar