Reception (Qeydiyyatçı)

  • Pizza Mizza
  • Elanın qoyulma tarixi: 22.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Tam orta təhsil (Ali təhsil arzuolunandı) 
  • Müvafiq sahədə minimum 1-3 il təcrübə
  • Dil bilikləri: Azərbaycan və Rus dili 
  • Yaş 20-35
  • Detallara diqqətli
  • Ofis proqramlarının biliyi
  • Komandada işləmək bacarığı
  • Stresə davamlı, gülərüz, punktual, məsuliyyətli

Vəzifələr:

  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqların, məktubların, sorğuların və s. Sənədlərin tərtib edilməsim və müvafiq ünvanlara göndərilməsi.
  • Daxil olan zənglər, sənədlər və digər məlumatlar barədə rəhbərliyin vaxtlı-vaxtında məlumatlandırılması.
  • Gələn qonaqların qarşılanması və onları qəbul edəcək şəxsləri bu barədə məlumatlandırmaq.
  • Qonaqların müvafiq işçi heyətinin oturduğu yer və ya iclas otaqlarına ötürülməsi. 
  • Tələb olunduğu halda, sənədlərin surətlərinin çıxarılması, tikilməsi və s. kimi işlərdə işçi heyətə yardım etmək.
  • Finger qeydiyyat (barmaq izi), barmaq izi işləmədikdə işçinin kartla təmin olunması.
  • Həftəlik iclas blanklarının dəyişdirilməsi.

İş şəraiti:

  • 6 günlük iş rejimi
  • Əmək qanunvericiliyinə uyğun iş şərtləri
  • Əmək haqqı müsahibə zamanı müəyyənləşdiriləcək

Maraqlananlar CV-lərini “Reception (Qeydiyyat)” başlığı altında elektron ünvanına göndərə bilərlər.  

Email: [email protected]