Direktor assistenti (maliyyə işləri üzrə)

  • BSC Group
  • Elanın qoyulma tarixi: 20.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəlikləri:

  • Direktorun tapşırığı əsasında sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
  • Proqram üzərində kassa, bank, satınalma, müştərilərdən gələn sifarişləri işləmək;
  • Hər həftə borc, alacaq, bank hesabatları hazırlamaq;
  • Ayda 1 dəfə baskı raporu və anbar qalığı hazırlamaq;
  • Gələn sifarişlər üçün müqavilə, qrp, hesab faktura və material silgisi hazırlamaq;
  • İşçilərin əmək haqqılarını hesablamaq;
  • Borclu olan müştərilərə nəzərət etmək və onlarla əlaqə saxlamaq;
  • Alacaqlı hesablara nəzərət etmək, vaxtı-vaxtında ödəniş etmək; 
  • Direktorun iştirak edəcəyi iclasların, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması;
  • Keçirilmiş iclasların / görüşlərin protokolların hazırlanması, qeydiyyatının aparılması və qısa zamanda müvafiq şəxslərə göndərməsinin təmin edilməsi;
  • Direktorun qonaqlarının qəbul edilməsi;
  • Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək;
  • Daxil olan hesabatların toplanması, nəzərdən keçirilməsi və birbaşa rəhbərə təqdim edilməsi;
  • Direktorun ölkədaxili və ölkəxarici ezamiyyətləri ilə bağlı məsələlərin vaxtı vaxtında həll edilməsi;
  • Ofis daxili ehtiyacların müəyyənləşdirilməsi, müvafiq şirkətlərlə danışıqların aparılması və sifarişlərin edilməsi;
  • E-mail və yazışmaların həyata keçirilməsi, müvafiq olaraq yönləndirilməsi
  • Ofis daxili işlərin təşkili və nəzarəti;
  • Şirkətə məxsus olan nəqliyyat vasitələrinin xərclərənə nəzərət etmək (sığorta, icazə, texniki baxış)
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası

Namizəd üçün tələblər:

  • Ali təhsilli (maliyyə üzrə)
  • 1-3 il iş təcrübəsi;
  • Yaş - 20-43
  • Uniti proqramı, Microsoft Office,  proqramlarında yaxşı səviyyədə işləmə bacarığı; 
  • İnzibatçılıq bacarığı;
  • Görünüşlü və ünsiyyətcil;
  • İdarəetmə qabiliyyətinə malik;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq, analitik düşüncə kimi müsbət göstəricilərə sahib olmaq;

Bizim təminatımız:

  • Peşəkar, mehriban komandada iş
  • Kreativ iş şəraiti
  • Əmək haqqı 600-800 AZN (Müsabiqə əsasında müəyyən olunur)
  • İş yeri: Bakı şəhəri, Qala qəsəbəsi

Vakansiya ilə maraqlanan şəxslərdən  CV–lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Direktor assistenti (maliyyə işləri üzrə)” qeyd etməklə [email protected] göndərmələri xahiş olunur.