Loqo və naxış ustası

  • Alyans Tekstil
  • Elanın qoyulma tarixi: 15.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş Barədə Məlumat:

  • Naxışçı-operator verilmiş eskiz üzrə naxışları, applikasiyaları, dekorativ tikişləri proqramlaşdırılmış avtomat naxış maşınında tekstil məhsullarının üzərinə vurur
  • İlk öncə naxışçı-operator eskizdə tələb olunan rənglərdə sapları seçib naxış vuran maşını iş prosesesi üçün hazır vəziyyətə gətirir
  • Vurulmalı naxışın təhrif olunmaması və əyri çıxmaması üçün proqramlaşdırılmış avtomat naxış maşınlarında eskizə uyğun sırıqarasının (tikişarası) tiplərini, onların ölçülərini və istiqamətlərini düzgün qaydada seçir
  • İş rejimi: I-V günlər saat 08:30-dan 17:30-dək
  • İstirahət günləri: VI-VII günlər və təqvim üzrə bayram günləri
  • Nahar fasiləsi: 13:00-dan 14:00-dək
  • Elanla bağlı zəngləri iş saatlarında etməyiniz xahiş olunur.

Namizədə tələblər:

  • CorelDraw, Photoshop, Accurate, Wilcome kimi proqramlarda minimal səviyyədə işləmək  bacarığı.
  • Yaş məhdudiyyəti   25– 45 yaş
  • Müvafiq sahədə təcrübə 3 il və artıq
  • Məsuliyyətli,dəqiq, tapşırılan işi ciddi və təlimə uyğun görməli
  • Stress vəziyyətdə düzgün qərar verməli
  • İşlədiyi şirkətin markasını və istehsal edən ürünləri yüksək səviyyədə  təqdim etməlidir.
  • Kollektivdə işləmək bacarığı olmalı.

İş şərtləri:

  • İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə
  • Əmək haqqı: 600 AZN.
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur. 
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə 

Uyğun namizədlərin öz CV-lərini mövzu hissəsinə “Loqo və naxış ustası” yazmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.