İşin təsviri
Tələblər:
- Tikinti sahəsində sənəd üzrə nəzarət sahəsində və ya analoji sahədə 1 il iş təcrübəsi;
- İngilis dilinı yüksək səviyyədə bilmək;
- MS (word, excel, powerpoint) yüksək səviyyədə bilmək;
- Yüksək kommunikasiya bacarığı;
- Komandada işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Müqavilələrin hazırlanması və standartlara uyğun olmasının yoxlanılması;
- 1C sistemi üzərindən sifarişlərin və ödənişlərin daxil edilməsi;
- Tərcümə işlərində rəhbərliyə dəstək olmaq;
- E-mail ünvanına gələn tenderdə iştirak sorğularını dəyərləndirmək və rəhbərliyə məlumat vermək;
- Müəssisədə sənədlərin arxivləşdirilməsi və ehtiyac olduğu təqdirdə rəhbərliyə aidiyyatı məlumatların təqdim olunması;
- Əməkdaşlıq edilən şirkətin əməkdaşlarına sənədlərin hazırlanması və müəyyən əməliyyatların həyata keçirilməsində dəstək göstərilməsi;
- Müəssisədə sənədlərin düzgün idarə edilməsini təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;
- Sənəd mübadiləsinin yerinə yetirilməsi, idarə edilməsi və nəzarətini təmin etmək;
- Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatını və nəzarətini təşkil etmək;
- Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
- Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrini saxlamaq və arxivləşdirmək;
- İclas protokollarınını və aktlarını hazırlamaq;
- Bütün növ sənədlərin şirkətdaxili formalara və ya sifarişçinin tələblərinə uyğun hazırlanmasına nəzarət etmək.
https://www.unico.az/az/jobs/s%c9%99n%c9%99d-n%c9%99zar%c9%99tcisi/