Adrerraytinq üzrə Mütəxəssis

  • Access Bank
  • Elanın qoyulma tarixi: 07.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Filiallara kredit və kredit kartlarla bağlı metodiki və praktiki dəstək göstərmək, Pərakəndə Bankçılıq Departamentinin fəaliyyəti ilə bağlı olan prosedur, qayda, təlimat və normativ xarakterli digər sənədlərin öyrənilməsində və tətbiq edilməsində köməklik;
  • Pərakəndə Bankçılıq Departamentinin kredit və kredit kart məhsulları üzrə hesabatların hazırlanması, statistik məlumatlar bazasının saxlanılması və yenilənməsi, müxtəlif görüş və tədbirlər üçün təqdimatların hazırlanması;
  • Kredit və kredit kartlara aid memorandumlar, məktublar və digər sənədlərin tərtib olunması;
  • Pərakəndə Bankçılıq Departamenti ilə bankın filialları, bankın digər departamentləri arasında effektiv əlaqənin yaradılması;
  • Pərakəndə Bankçılıq Departamenti adından Bankın proqram təminatının təkmilləşdirilməsi prosesində iştirak;
  • Filiallardan daxil olan kredit müraciətlərinin təhlili və cavablandırılması;
  • Filialda Pərakəndə Bankçılıq Departamenti əməkdaşlarının kredit məhsulları üzrə peşəkar keyfiyyətlərinin inkişaf etdirilməsinə yönəldilmiş attestasiyaların, seminarların və digər tədbirlərin təşkil edilməsinə dəstək.

Tələblər:

  • Ali təhsil;
  • Pərakəndə Bankçılıq sahəsində minimum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili, Rus dili biliyi isə üstünlükdür;
  • Yaxşı səviyyədə Excel bilikləri;
  • Kollektivdə çalışmaq qabiliyyəti.

https://glorri.com/accessbank/6374b5f3c99aa148afb24074-%20Adrerraytinq%20%C3%BCzr%C9%99%20M%C3%BCt%C9%99x%C9%99ssis%20?sources=JobSearch

İşəgötürənin reytinqi