Mağaza müdiri (Sumqayıt)

  • Superfon
  • Elanın qoyulma tarixi: 02.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mağazanın təyin olunmuş vaxtlarda açılış və bağlanışını təmin etməlidir;
  • İş gününün əvvəlində kassanı sayıb təhvil verməli,iş gününün sonunda isə kassanı təhvil almalıdır;
  • Mağaza personalının davamiyyətinin yoxlanılmasını və personala ümumi olaraq zəruri tapşırıqların verilməsini təmin etməlidir;
  • Mağaza personalının gündəlik iş qrafikinə nəzarət etməlidir;
  • Gündəlik olaraq mağaza rəflərini və mal qalığını kontrol etməlidir;
  • Gündəlik satışları 3 saatdan gec olmamaqla kontrolunu etməlidir;
  • Gün və ay ərzində yaranmış müştəri borclarının yığılmasını təmin etməlidir;
  • Personalı dəqiq və qərəzsiz idarə etməli,onların cari işlərini zamanında yerinə yetirmələrini təmin etməlidir;
  • Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinə nəzarət etməlidir;
  • Müştərilərlə sıx-sıx əlaqə yaratmalı,yeni gələn məhsullar haqqında onlara məlumat verilməsini təmin etməlidir;
  • Rəhbərlik tərəfindən qoyulan aylıq hədəflərin vurulmasını təmin etməlidir;
  • Mağazadakı  məhsulların,şirkət əmlakının (və ya inventarın) zərər görməməsini təmin etməlidir;
  • Şirkətin nizam-intizam qaydalarına, geyim kodeksinə,magaza daxili səliqə-səhmana və üst rəhbərinin işlə bağlı digər göstərişlərinə əməl etməlidir;
  • Kommersiya sirlərini kənar şəxslərə ötürməməli və daxili sirləri qoruyub saxlamalıdır;
  • Mağaza müdiri Şirkətin normativ sənədləri ilə müəyyən olunmuş qaydada Şirkət qarşısında məsuliyyət daşıyır.

Tələb olunan bilik və bacarıqlar:

  • Təhsil: 
  1. Ali, orta-texniki.
  2. Müəyyən sahələrdə peşəkarliq (dərəcələri):  
  • İş təcrübəsi: 1 il
  • Dil və kompyuter proqramları bilikləri : Azərbaycan dilini səlis bilmək. Rus dilini bilmək üstünlükdür.

Səriştələr:

  • İş etikası,
  • Təşəbbüskarlıq, həvəs və etibarlılıq,
  • Diqqətlilik və məsuliyyətlilik.

 

Email: [email protected]

İşəgötürənin reytinqi