Logistika və təchizat üzrə menecer

İşin təsviri

Elanın təsviri:

  • Maaş: 1000-1500 AZN ( Namizədin bilik və bacarıqlarına görə dəyişən)
  • Logistika və təchizat üzrə menecer vəzifəsində 1-2 il təcrübə
  • Yaş: 28-45
  • İş rejimi: 5 gün iş qrafiki (B/e- Cümə), Saat:09:00-18:00
  • İş yeri : Mazarina Trade Company

Tələblər:

  • Ali təhsil (Nəqliyyat və logistika üzrə təhsil üstünlükdür)
  • Dil bilikləri:Azərbaycan dili sərbəst,  Rus dilini  bilməsi mütləqdir. İngilis, Türk dilləri arzuolunandır.
  • Microsoft Office proqramları
  • Xarici və daxili logistik prosesləri bilməsi
  • Müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı
  • Problem həll etmə və idarəetmə bacarığı

Öhdəliklər:

  • Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması və təkmilləşdirilməsi, nəqliyyatın planlaşdırılması və sifarişi;
  • Nəqliyyat dəyərinin hesablanması və rəhbərliyə təqdim edilməsi;
  • Xüsusi müştərilərlə mütəmadi görüşlərin təşkili, təslimat prosesinin müştəri bazasında nəzarətdə saxlanılmasına və  kanallar üzrə təslimat prosesinin təşkil edilməsinə nəzarət edilməsi;
  • Çatdırılma prosesində şirkət prosedurlarının yerinə yetirilməsinin təmin edilməsi;
  • Nəqliyyat şirkətləri və gömrük orqanları ilə əməkdaşlıqların qurulması;
  • Gömrük orqanlarına sənədlərin və gömrük sənədləşməsi üçün zəruri olan əlavə məlumatların təqdim edilməsinin təmin olunması;
  • Nəqliyyat və gömrük sənədləri ilə iş, bütün zəruri icazələrin - mənşə və digər sertifikat, lisenziya, icazələrin alınmasının təşkilli;
  • Şirkətə ehtiyac olan məhsul və ya xidmətin alınmasında ( təchizat prosesində) bilavasitə iştirak, ehtiyac yaranarsa alışın şöbə tərəfindən həyata keçirilməsi;
  • Bazar qiymətlərinin monitorinqi, etibarlı yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi;
  • Logistika şöbəsinin büdcəsinin formalaşdırılması və dövrün tələbinə uyğun olaraq büdcə çərçivəsində xərclərin idarə olunması;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili, ehtiyac olduğu halda tenderlərin təşkil olunması;
  • Şirkət daxili nizam-intizam qaydalarına riayət etmək və rəhbərliyin təşkil etdiyi toplantılarda iştirak etmək;

Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsinə “Logistika və təchizat üzrə menecer” qeyd edərək göndərə  bilərsiniz

Ünvan : Ələsgər Qayıbov 12/22 (Gülüstan Palace)

Yaxınlıqda yerləşən obyektlər :Rich Hotel ,Caspian Bussines Hotel,EuroHome Tikinti materialları bazarı və CONNECT.

Email: [email protected]

İşəgötürənin reytinqi