Maliyyə riski üzrə baş/aparıcı mütəxəssis

  • Access Bank
  • Elanın qoyulma tarixi: 18.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Kredit risklərinin təhlili, icrası və hesabatlığının aparılması;
  • Kredit riski çərçivəsinin və siyasətlərinin inkişafı və təkmilləşdirilməsi;
  • Kredit portfelinin fəaliyyəti üzrə Əsas Risk Göstəricilərinin müəyyən edilməsi;
  • Rəhbərlik üçün gündəlik, aylıq və rüblük portfel təhlilinin hazırlanması;
  • Bankın yeni məhsulları/limitləri və xidmətlərinin kredit risklərinə məruz qalma ehtimalının təhlili və onların minimuma endirilməsi və idarə olunması üçün təkliflərin verilməsi;
  • Skorinq və reytinq modellərinin qurulmasında və tətbiqində iştirak;
  • Portfellər üzrə stress ssenarilərini müəyyən etmək və kapital ehtiyatlarının bölüşdürülməsində stress test nəticələrinin necə tətbiq edilməsinə dair təkliflərin verilməsi;
  • Vaxtaşırı makroiqtisadi təhlillərin aparılması.

Tələblər:

  • Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
  • Kredit və/və ya bazar riskləri, modelləşdirmə, aktiv və passivlərin idarə edilməsi, xəzinədarlıq və ya korporativ maliyyə funksiyası üzrə minimum 3 il iş təcrübəsi;
  • Kredit vermə prosesi barədə məlumatlı olmaq (xüsusilə pərakəndə və mikro seqmentlərdə);
  • Analitik bacarıqlar və məntiqi nəticələr əldə etmək üçün verilənlər bazasını təhlil etmək bacarığı;
  • Müxtəlif məqsədlər üçün təhlil hazırlamaq və təqdim etmək bacarığı;
  • Skorinq və reytinq modeli üzrə biliklərin olması üstünlükdür;
  • Python və ya R dillərində proqramlaşdırma bacarığı üstünlükdür;
  • Azərbaycan və ingilis dillərini bilmək.

 

https://glorri.com/accessbank/634d3ae93ccb6e614c06c074-Maliyy%C9%99%20riski%20%C3%BCzr%C9%99%20ba%C5%9F+apar%C4%B1c%C4%B1%20m%C3%BCt%C9%99x%C9%99ssis?sources=JobSearch

İşəgötürənin reytinqi