İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- İş təhlükəsizliyinə və SƏTƏM qaydalarına ciddi riayət etmək;
 
	- Plastik İnjeksiya Qəlibinin dizayn proseslərinin effektiv şəkildə həyata keçirilməsini təmin etmək;
 
	- Plastik İnjeksiya Qəlibinin təkmilləşdirilməsi və təftiş proseslərinin icrası, sənədləşmənin təqibi; 
 
	- Müştərilərdən gələn ölçülərin, 3D CAD və ya texniki çertyojların yoxlanılması;
 
	- Məhsulun istehsalına başlamadan əvvəl qəlib dizaynı və sınaq işlərinin aparılması;
 
	- Keyfiyyəti, səmərəliliyi və xərclərə qənaəti təmin etmək üçün yeni sistemlərin tətbiqi və proseslərin inkişaf etdirilməsi;
 
	- Xüsusi aparat və avadanlıqların texniki çertyojlarının hazırlanması;
 
	- Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq;
 
	- Məhsuldan əldə edilən səmərəliliyi artırmaq, məhsul xərclərini azaltmaq və istehsal sürətini artırmaq üçün qəlib dizaynlarında yeniliklər etmək;
 
	- İSO 9001:2015, İSO 14001:2015 və İSO 45001:2018 standartların tələblərinə uyğun saxlamaq və yerinə yetirmək;
 
Namizədə qarşı tələblər:
	- Qəlib dizaynı prosesinin bütün mərhələləri haqqında biliyə malik olmaq;
 
	- Maşınqayırma, İstehsalat mühəndisliyi, Mexatronika mühəndisliyi və s. fakültələrini bitirmiş şəxslərə üstünlük verilir;
 
	- İstehsalat və qəlib sahəsində çalışanlara üstünlük verilir;
 
	- MS Office, Solidworks CAD-CAM proqramlarında işləmək bacarığı;
 
	- Texniki rəsm qaydaları, ölçülər – dözümlülük və səthin işlənməsi üzrə məlumatlı olmaq,
 
	- İş təcrübəsi: minimum 2 il;
 
	- Komandada işləmək bacarığı
 
	- Azərbaycan dili – mükəmməl; Rus dili və İngilis dili arzuolunandır;
 
İş şəaiti:
	- Əmək haqqı: təcrübəyə görə 1500-3000 AZN
 
	- Namizədin bilik və bacarığına uyğun olaraq
 
	- İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov küç. 3L (Koroğlu metrostansiyası yaxlınlığında)
 
	- 5 günlük iş həftəsi: Bazar ertəsi – Cümə: 8:30 -17:00.
 
	- Tam sosial təminat (nahar, könüllü tibbi sığorta və s.)
 
	- Nahar şirkət tərəfindən təmin edilir.
 
Əlaqə:
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.
Email: [email protected]