Mühasib

  • Aztrade
  • Elanın qoyulma tarixi: 01.11.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • E-qaimələrin göndərilməsi, hesab-faktura və digər zəruri sənədlərin düzgün hazırlanmasına nəzarət edilməsi
  • Bank və diger əməliyyatlarının icra edilməsi
  • Əmək haqqının və məzuniyyət ödənişlərinin hesablanması və köçürülməsi;
  • Alıcılarla və malsatanlarla qarşılıqlı üzləşmə aktlarının hazırlanması
  • İdxal üzrə əməliyyatların düzgün icra edilməsi
  • Kadrların qeydiyyatı üzrə əməliyyatların icrası, ştat cədvəlinə, tabel və sair kadr işləri ilə bağlı sənədlərin qaydasında olmasına ciddi riayət olunması
  • Yeni kadrların emas.sosial.gov.az portalında qeydiyyatı, məlumat dəyişikliklərinin daxil edilməsi və əmək müqaviləsinin ləğvi zamanı sistemə xitam bildirişinin daxil edilməsi ilə bağlı işin təşkili;
  • Rəhbərin müvafiq tapşırıqlarının yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi

Tələblər:

  • Yaş : 35 - 45
  • Təhsil dərəcəsi: Ali
  • Təcrübə: 5-10 il
  • Microsoft Word, Excell, 1C və Mikro proqramlarını mütləq bilməli
  • Ofis avadanlıqları ilə işləmə bacarığı
  • Komandada işləmə bacarığı, dəqiq, intizamlı və məsuliyyətli olmalı
  • Əmək məcəlləsinin, Vergi məcəlləsinin və tələb edilən qanunvericilik sahələrini bilməli - İdarəetmə bacarığının olması.

İş qrafiki: həftənin 5 günü, saat 09:00-18:00, Nahar fasiləsi-13:00-14:00, (Şənbə və Bazar günü istirahət)
İşçi əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir.

Email: [email protected]