İşin təsviri
İşin təsviri:
- Zəruri sənədlərin hazırlanmasını həyata keçirir.
- Kargüzarlıq üzrə Sənədlərin qəbulu, uçotu, qeydiyyatı, icrasına nəzarəti, məlumat – sorğu xidməti və sənəd informasiyalarının saxlanılmasını təmin edir.
- İcra dərkənarı yazılmış sənədləri nəzərdən keçirir, onların yerinə-yetirilməsi üçün əməkdaşlara təqdim edir, icra nəticəsi barədə onlardan məlumatları alır və bu haqqda rəhbərliyə məruzə edir.
- Kargüzarlıqda istifadəsində olan möhür və ştampları yalnız təyinatı üzrə istifadə etmək və sənədləri aidiyyəti üzrə rəsmiləşdirmək
- İcra dərkənarı yazılmış sənədləri nəzərdən keçirmək, onların yerinə-yetirilməsi üçün əməkdaşlara təqdim etmək və icra nəticəsi barədə onlardan məlumatları istəmək.
- Rəhbərliyə imzalanması üçün təqdim edilən sənədlərin hazırlanma keyfiyyətinə, düzgün tərtibi, razılaşdırılması, təsdiqinə nəzarət edir.
- Struktur bölmələrdən daxil olan daxili yazışmaları və sənədləri qəbul edərkən onların doğru hazırlanmasına ciddi nəzarət edir.
- Müəssisənin cari fəaliyyəti məsələləri (telefon, faks və s.) üzrə kənar təşkilatlar (həm kommersiya, həm də dövlət) və ayrı – ayrı vətəndaşlarla telefon əlaqəsi yaradır;
- Kargüzarlıq sənədlərinin kompüterdə yığılması və surət çoxaltma işlərinin icrasını təmin edir;
- Müəssisənin sənəd təminatının avtomatlaşdırılması vasitəsi kimi istifadə edir;
- Hər il arxivdə saxlanılması üçün rəhbərliyin nəzarəti ilə sənədlərin yığımını həyata keçirir.
- Müəssisənin fəaliyyəti, kadrlara dair məlumatları, rəhbərliyin əmr və göstərişlərini müəyyən olunmuş qaydada şəxsi heyətin nəzər-diqqətinə çatdırır.
- Hər ay rəhbərliyin göstərişinə əsasən struktur bölmələrdən aylıq plan və hesabatları toplayıb rəhbərliyə təqdim edir.
- Toplantıları təşkil edir (toplantı ilə bağlı şəxsi heyəti məlumatlandırır və.s), toplantıları protokollaşdırır və toplantı ilə bağlı protokolların bir nüsxəsini aidiyyəti şöbələrə paylayır.
- Daxil olan müştəri şikayətlərini qeydə alır, araşdırılması və eyni zamanda həlli üçün aidiyyəti struktur bölmələrə və ya vəzifəli şəxslərə istiqamətləndirir.
- Satış və marketinq sahasində prosedur və təlimatlar hazırlayır.
- Satış və marketinq sahəsində rəhbərliyin tabeçilikdəki struktur bölmələrə verdiyi tapşırıqların reyesterini tərtib edir və icrasını nəzarətdə saxlayır.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblər:
- Təhsil: Ali təhsil (Menecment, layihələrin idarə edilməsi üzrə olması arzuolunandır)
- İş təcrübəsi: 1-2 il;
- Dil bilikləri: Azərbaycan, digər xarici dillər üstünlükdür
- Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər;
- Layihələrin idarə edilməsi üzrə biliklər;
- Normativ hüquqi aktlar, qaydalar, təlimatlar və digər sənədlərin tərtibatı üzrə biliklər.
Şəxsi keyfiyyətləri:
- İşə planlı yanaşmaq bacarığı;
- Yüksək ünsiyyət bacarığı;
- Nitq mədəniyyəti;
- Təmkinlilik, etibarlılıq, özünəinam;
- Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərməyiniz xahiş olunur.
Email: [email protected]