Si̇stem Admi̇nstratoru

  • Azərpoçt
  • Elanın qoyulma tarixi: 26.10.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzi̇fə Öhdəli̇kləri̇:

  • Ərazi üzrə paylanmış server infrastrukturunun fasiləsiz fəaliyyətinin idarə edilməsi və təmin edilməsi: serverlər, virtual infrastrukturu, SAN;
  • Windows Server (Active Directory, Exchange Server, Terminal Servers, DNS, DHCP, GPO, IIS və s.) və Linux OS server proqramlarının və servislərin sazlanması, istismarı və idarə edilməsi;
  • Virtual infrastrukturun sazlanması, istismarı və idarə edilməsi;
  • Şəbəkə avadanlıqlarının idarə edilməsi;
  • İnfrastruktur monitorinq sisteminin qurulması və idarə edilməsi
  • Problemlərin diaqnostikası və aradan qaldırılması, infrastruktur performansının təhlili;
  • Real (hardware) və virtual mühitin təhlükəsizliyinin təmin edilməsi, təhlükəsizlik təhdidlərinin aşkar edilməsi, təhlükəsizlik təhdidlərindən müdafiə həllərinin hazırlanması;
  • Əməliyyat Sistemləri, server proqramları və şəbəkə avadanlıqları üçün yeniləmələrin monitorinqi; 
  • Giriş hüquqlarının sazlanması, konfiqurasiyası və fərqləndirilməsi; 
  • Domain registrars, hosting providers ilə qarşılıqlı əlaqə; 
  • Təchizatçılarla qarşılıqlı əlaqə (texniki məsələlər üzrə, server avadanlığının problemlərinin aradan qaldırılması zamanı və s.)
  • Cari konfiqurasiyanın sənədləşdirilməsi, sxemlərin, infrastruktur üzrə məlumatların aktual vəziyyətdə saxlanılması. İnformasiya sistemlərinin, avadanlıqların, lisenziyaların, proqramların və s. uçotu;
  • Profilaktik və reqlament işlərinin aparılması;
  • Ehtiyat nüsxələrin çıxarılması (Backup) və məlumatların bərpasının (Restore) təşkili və təmin edilməsi; 
  • Məlumat mərkəzinin bulud infrastrukturu ilə inteqrasiyasına dəstək; 
  • Konfiqurasiya idarəetmə sistemləri (CMS) vasitəsilə proqram təminatının instalyasiyaların avtomatlaşdırılması;

Nami̇zədə Dai̇r Tələblər:

  • Ali təhsil;
  • Korporativ seqmentdə / inteqratorda ərazi üzrə paylanmış şəbəkə infrastrukturunun sistem inzibatçısı vəzifəsində 3 ildən artıq iş təcrübəsi;
  • Microsoft Windows Server OS ilə bağlı dərin bilik və təcrübə; 
  • Microsoft Exchange Server idarəetmə təcrübəsi;
  • Linux OS server ilə bağlı bilik və təcrübə; 
  • VMware vSphere virtualizasiya sistemlərinin idarə olunmasında inamlı bilik və təcrübə; 
  • Klaster virtualizasiya texnologiyalarının istismarı və dəstəklənməsi təcrübəsi;
  • PowerShell-də (python, bash) skript yazma təcrübəsi; 
  • Veb serverlərləri ilə (IIS, Apache, NginX) iş təcrübəsi;
  • SAN sistemləri ilə iş təcrübəsi; 
  • Şəbəkə avadanlıqları ilə iş təcrübəsi; 
  • Virtual şəbəkələrin qurulması prinsiplərinin anlaşılması;
  • Müasir server və şəbəkə avadanlığı bazarı haqqında məlumat; 
  • Monitorinq sistemləri ilə işləmək bacarığı; 
  • İnformasiya təhlükəsizliyinin prinsiplərinin və əsaslarının bilməsi; 
  • İngilis dili biliyi (texniki sənədlərin oxunması, dəstək xidmətləri ilə yazışmalar).

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan:  Ü.Hacıbəyli 72)

İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00

Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Maraqlananlar, öz CV-lərini “Sistem adminstrator” başlığı ilə göndərə bilərlər. 

Email: [email protected]  

İşəgötürənin reytinqi