İşin təsviri
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Görəcəyiniz işlər:
- Agentlik, TƏBİB və onun tabeliyindəki tibb müəssisələrinin illik maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq hazırlanması;
- Agentlik, TƏBİB və onun tabeliyindəki tibb müəssisələrinin hər şöbəsi üzrə aylıq, rüblük və illik maliyyə təhlillərinin aparılması, təqdimatların və idarəetmə uçotu prinsiplərinə əsaslanan hesabatların hazırlanması;
- Kənar auditin aparılmasına dəstək və proses zamanı auditorlarla birbaşa əlaqəli şəxs kimi çıxış edərək, Maliyyə departamentinin rəhbərinə dəstək verilməsi, tələb olunan məlumatların toplanılması və strukturlaşdırılmasının təmin edilməsi;
- Departament rəhbərinin tapşırığı ilə regional bölmələrin maliyyə əməliyyatları üzrə yoxlamaların aparılması prosesinin təşkil edilməsi;
- Proseslərin avtomatlaşdırılması məqsədilə prosedur və qaydaların yazılmasında iştirak.
Bizim üçün uyğun namizəd:
- Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
- 5 ildən az olmayaraq ümumi, minimum 3 il maliyyə sahəsində əmək stajı (ən az 2 il rəhbər vəzifədə iş təcrübəsi);
- Sahə üzrə qanunvericiliyin tələblərini yüksək səviyyədə bilmək;
- MHBS standartlarını yaxşı səviyyədə bilmək (ACCA və PMS sertifikatları olanlara üstünlük verilir);
- Beynəlxalq maliyyə hesabatları standartlarına dair praktiki biliklər (F3, F5, F7);
- İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
- Ofis proqramları üzrə biliklər;
- İntizamlılıq və nəticəyönümlülük;
- Ünsiyyət və təşkilatçılıq bacarığı;
- Stressə qarşı davamlılıq.
Əlavə məlumatlar:
- İş yeri: Bakı şəh., Lev Tolstoy küç. 170;
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 23.10.2022-ci il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Email: [email protected]