Satış departamenti üçün Tender üzrə mütəxəssis

  • Alyans Tekstil
  • Elanın qoyulma tarixi: 27.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
  • Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması;
  • Tender prosesində şirkətin təmsil olunması;
  • Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması.
  • Elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
  • Tender prosesi ilə bağlı yazışmaların və danışıqların aparılması;
  • İştirakçılara qoyulmuş tələblər nəzərə alınmaqla müvafiq sənədlərin hazırlanması və tələb olunan müddət ərzində Sifarişçiyə göndərilməsi;
  • Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
  • Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;

Namizədə tələblər:

  • Ali təhsil
  • Yaş həddi 25-45
  • Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi
  • Ünsiyyət qurma, fikrini səlist izah edə bilmə qabiliyyəti
  • MS Office biliklərinə malik olmalı
  • Azərbaycan, İngilis və Rus dillərini bilməli
  • İşinə ciddi yanaşmalı, məsuliyyətli olmalı

İş şərtləri:

  • İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə
  • İş rejimi: 5 günlük, iş saatı: 08:30-17:30
  • Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.

Uyğun namizədlərin CV-lərini  mövzu hissəsinə “Tender üzrə mütəxəssis” yazmaqla elektron ünvanına göndərmələri xahiş olunur.