Layihə Meneceri

  • Ekvita
  • Elanın qoyulma tarixi: 29.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəliklər:

  • Özünü Məşğulluq Layihəsi-TOR1-in ümumi icrasına cavabdeh olmaq. 
  • Aralıq hesabatlarının hazırlanması.
  • Layihənin maraqlı tərəfləri ilə daim əlaqədə olmaq.
  • Beynəlxalq və yerli ekspertlərin idarə olunması. 
  • Müqavilə üzrə işlərin idarə olunması.
  • Layihə ilə bağlı risklərin öncədən müəyyən edilməsi və onların qarşısını almaq üçün tədbirlərin görülməsi.

Tələblər:

  • Bakalavr və ya daha yüksək akademik dərəcə (layihələrin idarə olunması, menecment, biznesin idarə olunması və ictimai idarəetmə ixtisaslarına üstünlük verilir).
  • Layihələrin idarəedilməsi sahəsində ən azı 5 il iş təcrübəsi (Dövlət təşkilatlarında, Beynəlxalq təşkilatlarla layihələrin idarəedilməsi sahəsində təcrübəyə üstünlük verilir). 
  • Azərbaycan və İngilis dillərini mükəmməl səviyyədə bilmə və ən azı bir əlavə xarici dildə danışıq qabiliyyəti (rus, alman və s.)
  • Microsoft Word, Microsoft PowerPoint və Microsoft Excel, Teams, Zoom, Skype proqramlarından peşəkar istifadə etmək bacarığı.
  • Güclü analitik düşünmə, inandırma və təqdimat bacarığı.
  • Güclü şifahi və yazılı ünsiyyət bacarığı.

Əmək haqqı: Uyğun namizədə bacarıq və təcrübəsi əsasında rəqabətə davamlı əmək haqqı təklif ediləcək.

Maraqlanan namizədlərdən CV-lərini “Layihə Meneceri” başlığı altında göndərmələri xahiş olunur.