Camaşırxana qulluqçusu

İşin təsviri

Əmək funksiyası:

  • Camaşırxananın ardıcıl və problemsiz gündəlik fəaliyyətinin təşkili üçün məsuliyyət daşıyır.
  • Bütün növ camaşırların düzgün yuyulması, təmizlənməsi və saxlanması, uyğun yerlərə və ya daha sonra üzərində iş görülməsi məqsədilə lazımi yerlərə göndərilməsi üçün məsuliyyət daşıyır.
  • Təsərrüfat işləri üzrə müdirlə inventarizasiya aparır və bu inventarizasiyaya əvvəlcədən hazırlıq görür.
  • Camaşırxana inventarını yoxlayır, camaşırxananın fəaliyyətinə mane ola biləcək amillərlə əlaqədar qrup rəhbərinə dərhal xəbər verir.
  • Camaşırxananın işinin keyfiyyətli olması məqsədilə materiallardan qənaətlər və ekoloji təmiz üsullarla istifadə edir.
  • Təmizlik maddələri üçün məsuliyyət daşıyır, lazım olarsa maliyyətləri və gözlənən iş həcmini nəzərə alaraq həmin maddələrin sifarişini verir, sifarişini yazılı olaraq qrup rəhbərinə təqdim edir.
  • Kollektivin yeni üzvlərinə kömək edir, onlara işi öyrədir.
  • Camaşırxananın təmizliyi və səliqəsi üçün məsuliyyət daşıyır, təmizlik işlərini təşkil edir və nəzarət altında saxlayır
  • Camaşırxanadakı qurğu və avadanlıqları düzgün (onların işlədilməsinə aid təlimatlara uyğun olaraq) işlədə bilir

Bacarıqlar və təcrübə:

  • Ən azı camaşırxana və ya təmizlik, dərzilik sahəsində 1-3 illik iş təcrübəsi
  • Stress altında işləmə bacarığı
  • Dəyişkən iş qrafikində işləmə qabiliyyəti
  • Müsbət ünsiyyət və komandada işləmə bacarığı
  • Əməyin təhlükəsizliyi qaydalarından agah olmalı
  • Kimyəvi maddələrlə işləmə bacarığı

Əgər bu iş Sizi maraqlandırırsa, lütfən CV-nizi e-mail ünvanına yollayın. 

Mövzu yerində “Camaşırxana qulluqçusu” yazmağı unutmayın.

Email: [email protected]  

Winter Park Hotel Baku tərəfindən digər vakansiyalar