Sığorta Məsləhətçiləri qrupunun meneceri (Şəki, Zaqatala)

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 22.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Yaş: 23-40 
  • Təhsil: Ali və ya orta texniki
  • İş təcrübəsi: 1 il sığorta sahəsində iş təcrübəsi olana üstünlük verilir.
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla)
  • Yaşayış yeri – Şəki , Zaqatala
  • Kompyuter bilikləri: MS Office (Word, Excel, Power Point) yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər:

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı

Əsas vəzifə öhdəlikləri:

  • Sığorta məsləhətçiləri ilə işin qurulması və komandanın idarə edilməsi
  • Sığorta məsləhətçilərinin fəaliyyətini planlaşdırmaq;
  • Satış planının yerinə yetirilməsini təmin etmək;
  • Yeni sığorta agentlərinin axtarışını və seçimini həyata keçirmək;
  • Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 - 17:30
  • İş günü 5/2
  • Namizədin yaşayış yerinə uyğun olaraq Şəki və ya Zaqatala filialında  iş yeri
  • Əmək haqqı (gross məbləğ): 442 - 556 AZN 

Məlumatlandırıcı qeydlər:

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur.
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər. Məktubun mövzusunda  (məktubun mövzu bölməsində, vakansiyanın adını Sığorta Məsləhətçiləri qrupunun meneceri (Şəki, Zaqatala)qeyd etmək mütləqdir.

Email: [email protected]