Hüquqşünas

  • Elanın qoyulma tarixi: 08.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisənin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə hüquqi rəy vermək;
  • Daxili standart müqavilələrin və şablonların, habelə daxili qayda, təlimat, prosedurların hazırlanmasında iştirak etmək;
  • Müəssisənin bağladığı xidmət, alqı-satqı, reklam və s. müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
  • Dövlət və məhkəmə orqanlarından, o cümlədən digər şəxs və qurumlardan daxil olan hüquqi sorğulara, müraciət, ərizə və şikayətlərə baxılması, araşdırılaraq cavablandırılmasını təmin etmək;
  • Müəssisənin struktur bölmələrinə hüquqi yardım göstərmək və daxil olan sorğuları cavablandırmaq;
  • Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarların, əmr və sərəncamların, şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və onlara hüquqi rəy verilməsi;
  • Ümumiləşdirmələr aparmaq, statistik və digər hesabatlar hazırlamaq və rəhbərinə təqdim etmək.
  • Müqavilələrin qanunvericiliyə və Müəssisənin maraqlarına uyğunluğunun yoxlanması;
  • Daşınmaz əmlak və torpaq sahələri üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının notariat ofislərində və qeydiyyat orqanlarında rəsmiləşdirilməsinin təmin edilməsi;
  • Məhkəmə işlərinin aparılması.

Namizədə tələblər:

  • Ali hüquqi təhsil; (magistr dərəcəsinin olması üstünlükdür)
  • Hüquq üzrə minimum 3 il iş təcrübəsi;
  • Hüquqi sənədləri sərbəst hazırlama bacarığı;
  • AR-nın mülki və inzibati prosessual qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər;
  • “Dövlət Satınalmaları haqqında”, “Yerin təki haqqında” AR Qanunlarını bilmək;
  • Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq qabiliyyətinə malik olmalı.
  • Mükəmməl Azərbaycan dili biliyi, İngilis dilini yaxşı bilməsi üstünlükdür.

Digər məlumatlar:

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.