IT menecer

İşin təsviri



Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu İctimai Birliyinə
IT menecer işçi tələb olunur.

İşçi 5 gün və tam iş günü (09:00-18:00-a kimi ) işləyəcək . Əmək haqqı 400 AZN olacaq.  

İşçiyə aid tələblər:

1. İstifadəçi avadanlıqlarının (PC) İT təminatı.
2. Lokal kompüter şəbəkəsinin və ona aid olan avadanlıqların (kommutator, marşrutizator, fayrvol və s.), serverlərin (AD, DNS, DHCP, File, Mail, Proxy, WEB) köklənməsi və onlara xidmət göstərilməsi.
3. Şəbəkə kabellərinin çəkilişi və onların kommutasiyası.
4. Trafikə nəzarət (Şəbəkədaxili  və şəbəkəxarici).
5. Uzaqdan administrasiya.
6. Fayllarin rezerv nüsxələnməsi və sinxronizasiyası.
7. Kompyuterlərin təmiri (əməliyyat sisteminin qurulması və proqram təminatının    yazılması, fiziki komponentlərin diaqnostikası və onların dəyişdirilməsi, avadanlıqların mütəmadi təmizlənməsi)
8. Proqram təminatlarının və parolların mütəmadə yenilənməsi.
9. Adobe Audition 1.5 və  Adobe Premiere CS4/5 kimi proqramların daim işlək         
vəziyyətdə olmasına nəzarət.
10. Server avadanlıqlarına uyğun UPS-lərin işinin avtomatlaşdırılması.

Maraqlanan şəxslər cv-lərini [email protected]  ünvanına göndərə bilərlər.

Institute for Reporters' Freedom and Safety tərəfindən digər vakansiyalar