Metallurgiya mühəndisi (təcrübəçi)

  • STP-AH MMC
  • Elanın qoyulma tarixi: 24.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli (Yeni məzun Metallurgiya mühəndisliyi sahəsi üzrə),
  • MS Office proqramlarını bilməli;

Hansı işləri görəcəksiniz:

  • Hasilat prosesində xammalın sərfinin uçotu və nəzarət edilmnəsində iştirak etmək;
  • Hasilat prosesi barədə rəhbərliyə günlük, həftəlik və aylıq hesabatların tərtib edilməsində iştirak etmək;
  • Sahəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsində iştirak etmək;
  • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
    Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
  • Nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi qanunvericilik aktlarına uyğun olan digər göstəriş və tapşırıqlarını birbaşa rəhbərini məlumatlandırmaqla vaxtında və tam icra etmək

Əlavə məlumatlar:

  • Metallurgiya mühəndisliyi sahəsi yüksək nəticələrlə və magistratura dərəcəsini bitirmiş namizədlərə üstünlük veriləcək;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
  • İş vaxtı: Növbəli qrafik əsasında;
  • İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “təcrübəçi-metallurgiya mühəndisi” yazaraq göndərmələri xahiş olunur.

Email: [email protected]