Əmək haqqı hesablanması üzrə kiçik mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Xəstəlik vərəqələrinin, analıq və sosial məzuniyyət əmrlərinin hazırlanması, haqq-hesab cədvəlinin göndərilməsi 
  • Ezamiyyə əmrlərinin hazırlanması və ödənişə verilməsi
  • Bonus əmrlərinin qanunvericilik əsasında hazırlanması və ödənişə verilməsi
  • İşçilərin İcbari və Könüllü sığortasının icra edilməsi və nəzarətdə saxlanılması
  • Paşa Həyat Yığım sığortası ilə bağlı sənədləşmələrin izlənilməsi və ödənişlərin vaxtında təmin edilməsi

Namizədə dair tələblər:

  • Maliyyə/Mühasibatlıq və ya Biznes üzrə bakalavr dərəcəsi
  • Müvafiq sahədə minimum 1 il təcrübə.
  • Ofis programları (xüsusilə Excel) sərbəst istifadə bacarığı
  • Qeyd olunan sahəsində normativ-hüquqi aktlar və qanunvericilik haqqında  bilik
  • Azərbaycan və ingilis dillərini bilmək.

Maraqlanan namizədlər email ünvanına "Əmək haqqı hesablanması üzrə kiçik mütəxəssis" başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.  

Email: [email protected]