Sistem Administrasiyası və Şəbəkə üzrə mütəxəssis

  • Bank Avrasiya
  • Elanın qoyulma tarixi: 08.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədlər üçün irəli sürülən tələblər:

  • Ali təhsil
  • Sistem administrasiyası və şəbəkə sahəsində ən azı 2 il iş təcrübəsi
  • Azərbaycan dili səlis, rus və ya ingilis dili orta səviyyədə
  • Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı

Vəzifə öhdəlikləri:

  • Active Directory Domain-nin tam şəkildə idarəsi, Group siyasətlərinin yazılması və tətbiqi, icazələrin idarə edilməsi
  • Korporativ print və skan servislərinin idarə edilməsi, standart üzrə dizaynı və global problemlərinin, həmçinin servis fasiləsizliyinin təmin edilməsi
  • Korporativ telefoniya sisteminin qlobal konfiqurasiyası, mühüm ümumi dəyişiklik və düzəlişlərin edilməsi, sistemin müəssisənin tələblərinə uyğun şəkildə sazlanması
  • Serverlərin İPMİ bağlantılarının idarəsi, icazələrin təmini, bu strukturun təkmilləşdirilməsi və ümumi problemlərin həll edilməsi
  • Tam şəkildə korporativ update servisinin işləkliliyinə cavabdehlik, update əməliyyatlarının maksimum avtomatlaşdırılmasının təmini
  • Korporativ Remote Desktop strukturunun tam sazlığının təmin edilməsi, sistemin müəsissənin ehtiyaclarına uyğun dizayn edilməsi
  • Korporativ antivirus sistemini tam şəkildə dizayn edib, tələblərə uyğun şəkildə konfiqurasiya etmək
  • Mail sisteminin işləkliliyini təmin etmək və daim online olmasına nəzarət etmək, həmçinin kənar təhlükələrdən maksimum şəkildə qorunmasını təmin etmək
  • Müəssisənin fayl sisteminin tam olaraq idarə edilməsi, müvafiq siyasətlərin həyata keçirilməsi, quota və screeninglərin tətbiqi
  • Web Serverlərin konfiqurasiya edilməsi və işləkliliyinin təmin edilməsi
  • Korporativ proxy serverlərin ümumi konfiqurasiyalarının edilməsi və həmçinin müvafiq saytlara icazələr üzrə qrupların sazlanıb, rule-ların yazılması
  • İstifadəçi profillərinin, daşınan profilllərin həmçinin profillərə tətbiq olunan quota və fayl tipi məhdudiyyətlərinin idarə edilməsi
  • Virtual infrastrukturun tam şəkildə sazlanması, iş axının və fasiləsizliyinin təmin edilməsi, virtual infrastrukturun müəssisəyə uyğun şəkildə dizayn edilməsi
  • Serverlərin periodik maintaince-inin aparılması, event/log sisteminin izlənilməsi və analizi
  • Korporativ backup və replikasiya sisteminin idarə edilməsi, backup-ların periodik getməsinin təmin edilməsi, arxiv əməliyyatının və həmçinin backup sistemi üzrə əlavə rezerv nüsxələrin alınmasının təmini, habelə restore əməliyyatlarının idarə edilməsi
  • Router və switchlərin, həmçinin digər firewall və şəbəkə cihazlarının tam şəkildə inzibatçılığı zəruri ümumi dəyişiklik və ayarların tətbiqi
  • 7/24 işləməli olan servislərin mütəmadi kəsintisiz fəaliyyətinə cavabdehlik (fors-major hallar habelə daxili olmayan məsələn, provayder şəbəkəsi kimi problemlər istisna olunur)
  • Sistemlərdə avtomatik xəbərdarlıq və notification sisteminin tətbiqi və xəbərdarlıqların aidiyyatı şəxslərə gəlməsinin tam şəkildə avtomatlaşdırılması.

Xahiş olunur CV-ləri e-mail ünvanına göndərəsiniz.

Email: [email protected]