İstehsalat Mühasibi

  • Balli Bisi
  • Elanın qoyulma tarixi: 01.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • İstehsal prosesinin bütün mərhələlərinin uçot əməliyyatlarına uyğun hərəkətinə nəzarət və sistemə daxil edilməsi,
  • Mövcud hazır mal-materialın maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
  • Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək, məhsulların maya dəyərinə təsir edən faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək
  • Gündəlik istehsalla bağlı yaranmış sualların cavablandırılması
  • Sayım prosesinin aparılması və sayım zamanı aşkarlanmış fərqliliklərin səbəbinin araşdırılması, 
  • Gərəkli olan hesabatların rəhbərliyə təqdim edilməsi

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə və Mühasibatlıq üzrə olması arzuolunandır)
  • Mühasibatlıq üzrə 1- 3  ilədək iş təcrübəsi (İstehsalat üzrə olması üstünlükdür)
  • Mal-materialların uçotunun aparılması üzrə biliklər
  • Analitik təhlil etmə və riyazi hesablama aparma qabiliyyəti
  • MS Office proqramları (Word, Excell) üzrə bilikləri
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları
  • Punktual, məsuliyyətli, çalışqan 

İş qrafiki:

  • İş saatı: 09:00 – 18:00 (6. Gün 16:00 )
  • Ünvan: Şamaxinka , 20 yanvar küç. 15C 
  • Ə.h:  Namizədin bilik və bacarıqlarına əsasən 

Maraqlanan namizədlər mövzu yerində “İstehsalat Mühasibi” yazmaqla öz CV-lərini göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyuya dəvət olunacaqlar.

Email: [email protected]