Video istehsalat üzrə layihə meneceri

  • Gravity Inc
  • Elanın qoyulma tarixi: 28.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: 800 – 1000 AZN aralığında (vakantın bilik və bacarıqlarına əsasən)

İş qrafiki: Həftə içi 5 gün tam, layihələrin gedişatına əsasən öncədən razılaşmaqla həftəsonu iş günü ola bilər. 

Namizədə Tələblər:

  • Layihələrin idarə olunması sahəsində minimum 4 il, video istehsalat sahəsində minimum 3 il peşəkar təcrübə;
  • Təhsil – Kinomatoqrafiya, Rejissorluq, İdarəetmə, Biznesin idarə olunması (Müvafiq sahə ilə yaxından tanış olması, müvafiq sahə üzrə ali təhsil üstünlükdür);
  • Layihələrin idarəetmə və təqdimat bacarığının olması;
  • Komandada və fərdi şəkildə işləmək bacarığı;
  • İngilis və rus dillərini mükəmməl bilmək arzu olunandır;
  • Yaş həddi: 25-35 arası;
  • Microsoft Word, Excel və Powerpoint proqramları ilə səlis işləmə bacarığı.
  • Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür.  

Vəzifə Öhdəlikləri:

  • Video istehsalının bütün mərhələrinə (pre-production, production, post-production) nəzarət etmək;
  • Çəkiliş sahələrinin öncədən müəyyənləşdirilməsi;
  • Video istehsal heyətinin və texniki hissənin idarə edilməsi;
  • Video istehsal üçün uyğun aktyorların və kastinqin müəyyənləşdirilməsi; 
  • Video istehsalat zamanı büdcə və risklərin idarə edilməsi; 
  • Video istehsal planının və ssenarinin inkişaf edilməsi;
  • Video istehsalat prosesinə nəzarət və planlama; 
  • Çəkilişə lazım olan digər detallarin və çəkiliş məkanlarının hazırlığına nəzarət olunması;
  • Videoların vaxtı-vaxtında təhvilinə və təyin olunmuş proseslərdən keçməsinə nəzarət olunması; 
  • Videoların təyin olunmuş daxili meyarlara və keyfiyyətə əsasən hazırlanmasına nəzarət olunması; 
  • Layihənin sözü gedən bütün icraçılarına nəzarət etmək üçün sistemin müəyyənləşdirilməsi və icra olunması; 
  • Layihənin gedişatını analiz edərək gündəlik və ya bir gündən bir, həftəlik və aylıq hesabatların verilməsi.

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.

Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir. 

Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Video İstehsalat üzrə Layihə Meneceri” qeyd etmələri xahiş olunur.

Email: [email protected]