Hüquqşünas

İşin təsviri

Tələblər:

  • Hüquq üzrə ali təhsil (magistr dərəcəsi olması üstünlükdür);
  • İş təcrübəsi : 3-5 il (hüquq sahəsində);
  • AR-nın mülki və inzibati prosessual qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər;
  • Azərbaycan və rus dilindən şifahi və yazılı istifadə qabiliyyəti;
  • Microsoft Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Məsuliyyət, işdə dəqiqlik.

Vəzifə öhdəlikləri:

  • Müqavilələrin hazırlanması;
  • Hüquqi sənədlərin tərtib edilməsi;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
  • Qarşı tərəfin təqdim etdiyi müqavilələrin qanunvericiliyə və Cəmiyyətin maraqlarına uyğunluğunun yoxlanması;
  • Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin intizam və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirilməsi;
  • Təsərrüfat müqavilələrinin tərtibi zamanı hüquqi əsaslandırılmış rəy verilməsi;
  • Müqavilələrin sistemləşdirilməsi işinin təşkilində iştirak və bununla bağlı birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi;
  • Məhkəmə işlərinin aparılması.

İş şəraiti:

  • İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Tibbi siğorta ilə təmin olunma;
  • Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.

Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə vakansiyanın adını qeyd etməklə  [email protected] elektron ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi