Proseslərin optimallaşdırılması mütəxəssisi

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan-dili Rus-dili, İngilis-dili
  • Sahə üzrə 1 il təcrübə (Sertifikatlar arzuolunandır);
  • Microsoft Office (Outlook, MS Excel, Power Point) əla səviyyədə;
  • Analiz, problemlərin həlli və qərarvermə;
  • Dəqiqlik və təfsilatlara yönümlülük;

Vəzifə öhdəlikləri:

  • Biznes proseslərin idarə edilməsi və daimi şəkildə təkmilləşdirilməsi üçün faydalı hesab olunan bütün məlumatları struktur bölmələrdən əldə etmək və müvafiq tələbləri formalaşdırmaq;
  • Şirkətin müvafiq proqram təminatında yeni və təkmilləşdirilmiş biznes proseslərin tətbiq edilməsinə dəstək vermək;
  • Şirkət daxilində yaradılmış olan işçi qruplarında iştirak etmək;
  • Təşkilatın effektivliyinin dəyərləndirilməsi məqsədi ilə performansın idarəolunması proseslərinə dəstək olmaq;
  • Strateji layihələrin icra statuslarına və departamentlər üzrə spesifik təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək;
  • Şirkətin bütün satış kanallarında vaxtaşırı xronometrajlar keçirmək;
  • Hazırlanmış yeni biznes proseslərin Şirkətin müvafiq texniki mühitində test edilməsinə nəzarət etmək;
  • Yeni funksional üzrə test və təlim sənədlərinin qaydalara uyğun tərtib etmək;
  • İcra olunan proseslər üzrə müvafiq təhlil hesabatlarını şöbə müdirinə təqdim etmək;
  • Proseslər üzrə struktur bölmələrdən daxil olan müraciətləri cavablandırmaq;
  • Müştəri xidməti səviyyəsinin artırılması məqsədi ilə digər zəruri mexanizmlər hazırlamaq və onların tətbiq edilməsi üçün müvafiq tədbirləri icra etmək;

Əlavə məlumat:

  • 5 günlük iş qrafiki
  • Əmək haqqı: (müsahibə nəticəsində müəyyən olunur)
  • İş yeri: Babək Plaza ; Xətai rayonu
  • İş saatı: 09:00-18:00;

Zəhmət olmasa  CV - nizi fotoşəkili  ilə elektron poçt ünvanına "Proseslərin optimallaşdırılması mütəxəssis" yazaraq göndərin. Əlaqə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə aparılacaq.

Email: [email protected]