Rezervasiya üzrə nümayəndə

  • PMD Hospitality
  • Elanın qoyulma tarixi: 24.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Telefon, faks və e-poçt sorğularını operativ və peşəkar bir şəkildə  cavablandırmaq və şirkət standartlarına uyğun olaraq təmin etmək;
  • Müxtəlif qiymətlər haqqında dəqiq məlumata malik olmaq və bu qiymətləri düzgün tətbiq etmək; 
  • CRS sistemi vasitəsilə rezervasiyalarda dəyişikliklər etmək, rezervasiyaları ləğv etmək, təsdiq məktublarını e-poçt vasitəsi ilə göndərmək;
  • Mövsümi və statistik tendensiyaları anlamaq və maksimum doluluq və qiymət siyasətinə uyğun olaraq sorğuları cavablandırmaq;
  • Mehmanxana və ümumilikdə şirkətin təsis və xidmətləri haqqında qonaqlara düzgün informasiya verə bilmək;
  • Gəliri maksimuma çatdırmaq üçün qonaqlarla əlaqələr qurmaq, həmin əlaqələri inkişaf etdirmək; 
  • Müştəri məmnuniyyətini mütəmadi olaraq izləmək və gələcək işini təmin etmək üçün mürəkkəb problemləri həll etmək;
  • Mehmanxanada və mehmanxananın olduğu ərazidə təşkil edilən tədbirlər barədə məlumata malik olmaq.   

Namizədə tələblər:

  • Bakalavr dərəcəsi, (qonaqpərvərlik sahəsində ixtisas dərəcəsi olan namizədə üstünlük veriləcəkdir);
  • Azərbaycan və Rus dilində səlis danışmaq; İngilis dili arzu olunandır;
  • Daha əvvəl eyni sahədə təcrübə; Ön büro təcrübəsi arzu olunandır;
  • Bir neçə tapşırığı eyni zamanda təhlil etmək və idarə etmək bacarığı;
  • Yaxşı yazılı və şifahi ünsiyyətə malik olmaq;
  • Ofis proqramlarında işləmək bacarığı və Opera PMS-də təcrübənin olması;

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Son müraciət tarixi: 05 avqust 2022-ci il.

Email: [email protected]