Zəmanət şöbəsinin mütəxəssis

  • Auto Azerbaijan
  • Elanın qoyulma tarixi: 06.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri: 

Aşağıdakılardan ibarətdir, lakin yalnız onlarla məhdudlaşmır:

  • Zəmanətə aid sənədləşmə işlərinin aparılması və arxivləşdirilməsi;
  • Xarici dildə olan zəmanət mətnlərinin tərcüməsi, yazılması, təhlili;
  • Usta ilə birlikdə avtomobillərə texniki baxış və video çəkiliş aparılması;
  • Anbarda ehtiyat hissələrinin yerləşdirilməsi, sayımı və imhası;
  • Müştərilər ilə əlaqə saxlamaq;
  • Rəsmi dilerlərlə əlaqə saxlama və zəmanətlə görülən hər bir işin qeydiyyatı və icrası;

Tələblər:

  • Bakalavr təhsili;
  • İngilis və Rus dili bilikləri. 
  • Kompüter biliyi;
  • İş təcrübəsi 1-3 il (avtomobil sektoru üstünlükdür)
  • Ünsiyyətcil;
  • Tapşırıq üçün təyin edilən vaxt məsələsində qəti və punktual;
  • Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü komanda üzvü olmaq;
  • Özünə əmin və dinamik xarakter;

Əmək şəraiti:

  • İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
  • 6 günlük iş rejimi;
  • Əmək haqqı – müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.

Bu iş üçün müraciət etmək istəyirsinizsə  CV-nizi "Zəmanət üzrə mütəxəssis" başlığı ilə göndərə bilərsiniz. 

Email: [email protected]