Mühasibat uçotu üzrə 2 aylıq təlim hazırlığı

İşin təsviri

Muhasibatlıq sahəsini 0-dan, tam praktiki olaraq öyrənmək  üçün Sizi “PORT Education Center” MMC-nin təşkilatçılığı ilə keçirilən “Muhasibat uçotu” təlim proqramına dəvət edirik. Qeyd edək ki, təlimdə keçirilən mövzularla siz muhasibat sahəsini daha dərindən mənimsəyə biləcəksiniz

Təlimçi Samirə Kazımova hal-hazırda Azərbaycan Respublikası Auditorlar Palatası lisenziyası ilə fəaliyyət göstərən “İnvest Audit MMC” şirkətinin baş mühasibi vəzifəsində işləyir. Muhasibatlıq sahəsində 20 ildən çox təcrübəsi var. Eyni zamanda APFM üzvüdür. 

İFRS diplomu (87 bal), “Peşəkar Muhasib Sertifikat”ın sahibidir. 

Təlimdə keçirilən mövzuları sizə təqdim edirik:

  • Mühasibat uçotu anlayış. Hesablar planı, maliyyə bərabərliyi,debet/kredit
  • Kassa və bank əməliyyatları; ƏDV depozit hesabı
  • Ehtiyatlar ilə bağlı əməliyyatlar
  • Debitor və Kreditor borclar ilə bağlı əməliyyatlar;
  • Əmək haqqının, məzuniyyətin hesablanması və müxabirləşmə
  • Əsas vəsaitlər; əsas vəsaitlərin alışı, satışı, qəbul edilməsi, amortizasiyası
  • Qeyri Maddi aktivlər; Qeyri-maddi aktivlərin alışı, satışı, qəbul edilməsi, amortizasiyası
  • Təhtəlhesab şəxslərlə hesablaşmalar, ezamiyyə normalarının hesablanması
  • Sınaq Balansı, mənfəət və zərər haqqında hesabat. İl sonu Balans Dövriyyə, Balans və Mənfəət Zərər cədvəlinin hazırlanması
  • AR-nın Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər, AR-nın vergi qanunverici-liyi, vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları. Vergi ödəyicisinin hüquqları ,Vergi ödəyicisinin vəzifələri
  • Rəsmi portallarda praktiki tədris. E taxes, stat.gov.az, e gov az, internet bankçılıq-dan istifadə
  • Aksizlər, Əmlak vergisi, Torpaq vergisi, Yol vergisi, Mədən vergisi,Sadələşdirilmiş vergi
  • ƏDV anlayışı və mahiyyəti Alış və satış əməliyyatları
  • Vergi Hesabatları və Hazırlanması təqdim edilməsi, Muzdlu və qeyri muzdlu işlə əlaqədar Vahid Bəyannamə MDSS
  • Fiziki şəxslərin Gəlir vergisi. Hüquqi şəxslərin Mənfəət vergisi.

1C proqramında keçirilən mövzular:

  • Kassa və bank əməliyyatları; 
  • ƏDV depozit hesabı
  • Kassa əməliyyatlarının uçotu, bank mədaxil və məxariclərinin işlənməsi 
  • Ehtiyatlar ilə bağlı əməliyyatlar; ehtiyatların uçotu aparılan hesablar, ehtiyatların mədaxil və məxaricinin uçotu, mal-materialların silinməsinin metodları, 
  • Anbarın 1C proqramında işlənməsi.
  • Alqı Satqı əməliyatları 1C proqramında işlənməsi.
  • Əmək haqqının, məzuniyyətin hesablanması və müxabirləşmələrinin hazırlanması.
  • Əsas vəsaitlər mədaxil və məxariclərinin , amortizasiya işlənməsi.
  • Hesabatlar, əl əməliyyatları.

Qeyd: 

Təlimi müfəvvəqiyyətlə bitirən tələbələri muhasib vəzifəsinə işlə təmin edirik!

Təlim müddəti:

Muhasibat uçotu 2 ay 

1C proqramı 1 ay 

Əyani qrup həftədə 1 dəfə 6-cı günlər 11:00-14:00 (15 dəqiqə fasilə ilə) 

Caspian Plaza Lütfizadə Mərkəzində keçirilir.

Online qrup 2 və 5-ci günlər 19:00-20:30 olmaqla 1.5 saat davam edəcək

Təlim ödənişlidir

Əyani qrup  140 azn

Online qrup 100 azn

Dərslər İyul ayından etibarən başlayır! 

Sonda hər kəsə imtahan nəticəsinə uygun olaraq müfəvvəqiyyət və ya iştirakçı sertifikatı verilir!

Müraciət üçün  https://bit.ly/3mlFyKF

Bizimlə əlaqə:

+99455 648 0005

[email protected]

Səməd Vurgun 34 

AF Mall Heydər Əliyev Sarayın yanı.