Mühasib-operator

  • Başak Group
  • Elanın qoyulma tarixi: 19.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

  • Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə);
  • İş təcrübəsi 2-3 il;
  • Beynəlxalq mühasibatlıq və maliyyə standartlarını bilməli;
  • Kompüterdə sərbəst işləmək bacarığı,
  • 1C proqramından istifadə bacarığı,
  • Təhlil aparmaq bacarığı;
  • İnkişafa meyilli;
  • Ciddi, məsuliyyətli, dəqiq olmalı;
  • Yaş həddi 22-30 arası.

Vəzifə öhdəlikləri:

  • Gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürülməsi;
  • Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
  • Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotuna əks etdirmək;
  • Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
  • Maliyyə, kredit və kassa planlarının yerinə yetirilməsini təmin etmək.

İş qrafiki:

  • Həftə içi 5 gün saat 09:00-18:00,
  • Nahar şirkət tərəfindən verilir,
  • Korporativ nömrə (korporativ paket),
  • Əməkhaqqı: 700 AZN,
  • Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Mühasib-operator” yazaraq göndərə bilərlər. Qeyd edək ki, yanlız təcrübəsi olan şəxslərin cv formalarına baxılacaq.