Merçendayzer

  • Bizim Market
  • Elanın qoyulma tarixi: 16.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş haqqında məlumat:

  • Məhsulları təhkim olunmuş mağazalarda şirkətin merçendayzinq standartlarına uyğun rəflərdə yerləşdirilməsini təmin etmək;
  • Təyin edilmiş rut üzrə mağaza ziyarətlərini həyata keçirmək;
  • Endirimdə olan və ya hədiyyəli məhsullar barədə müştəriləri məlumatlandırmaq, rəflərdə bu barədə etiketlənmələri həyata keçirmək;
  • Ehtiyac olduqda Şirkət məhsullarının müxtəlif çəkilərdə mağazada paketlənməsini təmin etmək;
  • Şirkətin fəaliyyətinə mane olan halları aşkarlamaq və supervayzerə bu barədə məlumat vermək;
  • Satış nöqtələrində şirkət məhsullarının satışının stimullaşdırılmasına dəstək olmaq;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları tam və vaxtında icra etmək.

Namizədə olan tələblər:

  • Təcrübə 1 ildən artıq;
  • Məhsulların satış nöqtələrində sərgilənmə texnikalarını bilmək;
  • Effektiv ünsiyyət və danışıqlar aparma qabiliyyəti;
  • Dəyişkən iş mühitinə adaptasiya bacarığı olmaq;
  • Daxili nizam-intizam qaydalarına əməl etmək;
  • Özünə əminlik və kreativlik.

İş şəraiti: 

  • 6 günlük növbəli iş qrafiki;
  • Şirkət hesabına nahar;
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Karyera yüksəliş imkanı.
  • Əmək haqqı: 500-600 AZN

Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər. 

https://glorri.com/bizimmarket/627cf434a1f11351a6700f9d-Mer%C3%A7endayzer?sources=Jobsearch