Mebel dizayneri

  • Amal Group
  • Elanın qoyulma tarixi: 15.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil,
  • Kompüter bilikləri: MS Office proqramları, Autocad, 3DMAX və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
  • Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur, 
  • İş təcrübəsi: Mebel istehsalı sahəsində 1 ildən az olmayaraq iş stajı. 
  • Analitik düşüncə qabiliyyəti, 
  • Punktual və ünsiyyətcil olması.

Vəzifə öhdəlikləri:

  • Mebel istehsalı üçün eskiz layihələrin Autocad proqramında hazırlanması;
  • Ölçülərin düzgün qeyd edilməsi və mebel ustasına eskiz layihənin təqdim edilməsi.
  • Müştəri tərəfindən seçilən model və nümunələrə əsasən eskiz layihələrin 3d görüntüsünün tərtib edilməsi,
  • Müştəri ilə bağlanan müqavilənin ilk günündən işin təhvil verilməsi prosesinə qədər icraya nəzarətin edilməsi.

Bilik və bacarıqlar: 

  • Müasir və klasik üslub istiqamətlərini bilməsi,
  • Mebel istehsalının texniki tələblərini və normativlərini bilməsi,
  • Konstruksiya ilə işləmə qabiliyyəti,
  • Optimal dizayn qərarlarını vermə qabiliyyəti.
  • Müştəri ilə işləmə qabiliyyəti 

İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00

İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus 

Əmək haqqı: 1000-1500 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Mebel dizayneri" adını qeyd edərək göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. 

Email: [email protected]