Fitness&SPA administrator

İşin təsviri

Öhdəliklər:

  • Qonaq və işçi məmnuniyyətini təmin etmək;
  • Qonaqların qarşılanması və qeydiyyat prossesinin icrası
  • Telefon zənglərinə cavab vermək
  • Kassa əməliyyatlarını icra etmək
  • Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək , təyin edilən hədəfə çatmaq
  • Müştərilərə zəng etmək, mail yazmaq və onlarla mükəmməl ünsiyyət qurmaq
  • Çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
  • İşçilər haqqında obyektiv rəy vermək;
  • Şirkətə məxsus əmlakın qorunmasını təmin etmək;
  • Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq;
  • Satışları artırmaq məqsədi ilə Marketinq tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək;
  • Günlük və aylıq hesabatları hazırlayıb gərəkli şöbələrə yönəltmək;
  • SPA və Fitness Əməliyyatları və büdcələrinin idarə olunmasına dəstək vermək;
  • Bütün işçilərin lazımi təchizat, avadanlıq və geyim formasına malik olmasını təmin etmək;
  • Büdcə daxilində təchizat və avadanlıq inventarlarını idarə etmək;
  • SPA və Fitness və əlaqədar ərazilərin və avadanlıqların təmizliyini təmin etmək;
  • Məhsulun keyfiyyəti və xidmət səviyyələri barədə əks əlaqəni əldə etmək üçün qonaqlarla qarşılıqlı əlaqələr qurmaq;
  • Obyektin siyasətlərinin ədalətli və ardıcıl şəkildə idarə olunmasını, intizam prosedurları və sənədləşmənin Standart Əməliyyat Prosedurlarına (SOP) uyğun olaraq tamamlanmasını təmin etmək.

Tələblər:

  • Yalnız Xanım nammizədlər ;
  • Fitness&SPA administrator üzrə minimum 1-3 il iş təcrübəsi (Call center, Marketing, Satış təcrübəsi olanlara üstünlük verilir) ;
  • 20-35 yaş arası (sonuncu kurs tələbələri və ya yeni məzunlar həmçinin) ;
  • Səliqəli və müasir görünüş;
  • Səlis danışıq bacarığı; (Az, Ru)
  • Sosial Mediada Aktiv və Həmçinin SMM biliklərinin yüksək olması;
  • Satış bacarıqları, inandırmaq bacarığı, Ünsiyyətcil; Fikirlərini aydın ifadə etmək bacarığı;
  • Yüksək Motivasiyalı; Məsuliyyətli; Komandada işləmək bacarığı;
  • Aktiv, yenilikçi, kreativ, gülərüz, pozitiv, punktual, işə və özünə qarşı tələbkar;
  • İşgüzar münasibətlərin etikasını və qurulması qaydalarını bilməli

Təminatlar:

  • Təlim və inkişaf məsələlərində şirkət dəstəyi;
  • Korporativ telefon və nömrə ;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Mərkəzin xidmətlərindən tam pulsuz yararlanma;
  • Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə;
  • İş saatları: İş qrafiki növbəli : - 6/7 iş qrafiki, növbəli iş rejimi : 07:00-dan /15:00-dək; 15:00-dan /23:00-dək;
  • Əmək haqqı: 500 AZN + Bonus.

Yalnız göstərilən tələblərə cavab verən Xanım namizədlər mövzu yerinə “Fitness&SPA administrator” yazaraq öz Şəkilli CV-lərini [email protected]  e-mail ünvanına göndərə bilərlər. 

DİQQƏT!!!: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan və şəkilsiz "CV" - lərə baxılmayacaq.
“fitness&SPA administrator” yazaraq öz Şəkilli CV-lərini e-mail ünvanına göndərə bilərlər.

Qeyd:

Göstərilən  tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (fitness&SPA administrator) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.

İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Healthfit Fitness Center tərəfindən digər vakansiyalar