Ofis administratoru

İşin təsviri

İş şərtləri:

  • Stabil iş
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
  • İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-ci gün 09:00-dan 15:00-a kimi.
  • İstirahət: Bazar günü
  • İcbari  sığorta
  • Komfort iş şəraiti
  • Perspektivli iş
  • Mehriban kollektiv

Tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan/İngilis/Rus
  • Kompyuter bilikləri: MC Office
  • Kargüzarlıq işlərini bilmək
  • E-poçtla işləmək
  • İşgüzar yazışmalar
  • Danışıqların təşkili 
  • Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı (Printer, skaner, fax və s.) 
  • Kommunikasiya bacarıqları
  • Əmək intizamının yüksək olması
  • Təhlükəsizlik qaydalarına əməl edilməsi

Vəzifə öhdəlikləri:

  • Rəhbərlik/Menecer tərəfindən verilən tapşırığı tam və vaxtında yerinə yetiriməlidir;
  • Ziyarətçilərin qarşılanması, onlara köməklik göstərilməsi və aidiyyəti üzrə yönləndirilməsi.
  • Telefon zənglərinin müvafiq qaydada qəbul edilməsi, yönləndirilməsi, tələb olunduqda qeydlərin aparılması və aidiyyəti şəxslərə çatdırılması.
  • Karğüzarlıq işlərinin təşkil edilməsi.
  • Printer, skaner, fax və digər ofis avadanlıqlarını sərbəst şəkildə istifadə etmək bacarığı və onlara mütəmadi nəzarət edilməsi.
  • Faksların göndərilməsi.
  • Digər şöbələr üçün müvafiq sənədlərin surətinin çıxarılması.
  • İşçilərin kompyuter xidmətləri ilə təmin olunmasının təşkil edilməsi.
  • Nəqliyyat vasitələri üçün etibarnamələrin hazırlanması.
  • Korporativ nömrələrin koordinasiyası.
  • Aylıq dəftərxana və təsərrüfat mallarının sifarişi.
  • Kommunal xidməti işlərinin (elektrik, qaz, su, kanalizasiyavə s.) idarə edilməsi.
  • Görüşlərin təşkil edilməsi.
  • Bilet və otel sifarişləri.
  • Viza üçün sənədlərin hazırlanması.
  • Ofisdaxili təmizlik və səliqəyə nəzarət.
  • Görülən işlər barədə hesabatlar təqdim etmək;
  • Vəzifəsinin icrası ilə əlaqədar digər öhdəlikləri yerinə yetirməlidir.
  • Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir.

Qeyd:

  • Göstərilən  tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Ofis administratoru) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
  • Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

 

Email: [email protected]

Caspian Services Group tərəfindən digər vakansiyalar