Gənc Energetik

İşin təsviri

Ağcabədi, Ağdam, Biləsuvar, Bərdə, Beyləqan, İmişli, Goranboy, Salyan, Saatlı, Sabirabad, Mingəçevir, Neftçala, Tərtər, Yevlax, Zərdab üzrə.

Vəzifə öhdəlikləri:

Gənc energetik çalışdığı bölgə üzrə baş energetiklərin rəhbərliyi altında aşağıdakı işləri icra edir:

  • Sistemin fasiləsiz işini təmin etmək üçün elektriklə bağlı problemlərin həll edilməsi;
  • Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alaraq, smetaların hesablanması;
  • Elektrik dövriyyəsinin hesablanması;
  • Elektrik mühərriklərinin, transformatorların, generatorların, dövrələrin, naqillərin və digər elektrik avadanlıqlarının və komponentlərinin elektrik qurğuları üzrə qaydalara, normalara və standartlara uyğun quraşdırılması və təmiri;
  • Elektriklə bağlı nasazlıqların yerini və növünü müəyyən etmək üçün elektrik sınaq avadanlıqlarının düzgün istifadəsi və istismarı.

 Tələblər:

  • Sahə üzrə iş təcrübəsinin olması üstünlükdür;
  • Müvafiq sahə üzrə ali təhsil (Biznesin idarə olunması, iqtisadiyyat, Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr və digər);
  • Azərbaycan dilini səlis (rus dili orta səviyyədə üstünlükdür) bilməlidir.
  • Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.

Səriştələr:

  •  Məsuliyyətli
  •  Şəxsi inkişafa meylli
  •  Pozitiv
  •  Özünütəşkiletmə qabiliyyəti
  •  Nailiyyət yönümlülük
  •  Etibarlılıq
  •  Dürüstlük

Əlavə məlumat:

  •  Əmək haqqı razılaşma əsasında;
  •  İş qrafiki: Altı günlük iş həftəsi
  •  İş yeri: Ağcabədi, Ağdam, Biləsuvar, Bərdə, Beyləqan, İmişli, Goranboy, Salyan, Saatlı, Sabirabad, Mingəçevir, Neftçala, Tərtər, Yevlax, Zərdab, Mingəçevir

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkələrə daxil olaraq müraciət edə bilərsiniz.

https://hr.mktcotton.com/az/job/addim:+genc+energetik++inkishaf+proqrami?sources=Jobsearch.az