Mağaza müdiri

  • Askona
  • Elanın qoyulma tarixi: 22.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəd üçün tələblər:

  • Təhsil: Orta ixtisas təhsili və ya ali təhsil
  • Təcrübə: Eyni vəzifədə ən azı 3 il iş təcrübəsi (mebel sənayesində müvafiq təcrübəyə üstünlük verilir)
  • Yaş: 28-45
  • Dil bilikləri: Rus dili tələb olunur, ingilis dili arzuolunandır (Müəssisə rəhbərliyinin Rus milliyəti olmasını və Müəssisənin Baş ofisinin xaricdə yerləşməsini nəzərə alaraq)
  • Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C

Vəzifələr:

  • Mağazanın ümumi fəaliyyətini təşkil edir;
  • Mağazanın açılmasına, bağlanmasına və təhlükəsizlik işlərinin düzgün aparılmasına nəzarət edir;
  • Mağazada malların qəbulu və girişlərini qaydalara görə həyata keçirilməsini təmin edir; 
  • Mağazanın əmtəə həcminə nəzarət edərək, sifarişlərin düzgün tərtib edilməsini təmin edir;
  • Şirkət tərəfindən mağaza qarşısında təyin edilmiş hədəflərin yerinə yetirilməsini həyata keçirir;
  • Mağazanın bütün əməkdaşlarına rəhbərlik edir: onların iş geyimlərinin və xarici görünüşünün qaydalara uyğun olmasına, müştərilərlə düzgün ünsiyyət qurmalarına nəzarət edir;
  • İşçilərin şirkətin daxili qaydalarına və öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə nəzarət edir;
  • Müştərilərin təklifləri ilə maraqlanır, daxil olan şikayətlərin aradan qaldırılması yönündə tədbirlər görür;
  • Mağazada yaranmış hər hansı problemin həll edilməsi üçün müvafiq tədbirlər görür;
  • Mağazada aparılan bütün əməliyyatların şirkətdaxili prosedurlara əsasən keçirilməsinə  nəzarət edir;
  • Mağazanın inkişafı, məhsulların və xidmətlərin yaxşılaşdırılması barədə təkliflər verir;
  • Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
  • Mal qalıqlarına nəzarət və uçotun aparılması;
  • Assortimentin və satışın analizi;
  • Daxili inventarizasiyanın aparılması;
  • Müştərilərlə iş. Mağazanın bütün əməkdaşlarının həftəlik və aylıq iclaslarını keçirir.
  • Görülən işlərin qeydinin aparılması

İş qrafiki: 5 günlük iş qrafiki

Əmək haqqı: müsahibə zamanı müəyyən olunacaq (fiks əmək haqqi + faizlər)

Korporativ nömrə və yanacaq müəssisə tərəfinfən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Mağaza müdiri” qeyd etməklə [email protected] göndərmələri xahiş olunur.