Tibbi nümayəndə

  • Grand Medical LLC
  • Elanın qoyulma tarixi: 15.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bakı şəhəri və Lənkəran, Astara,Şirvan, Salyan, Quba, Xaçmaz, Balakən, Zaqatala regionları üzrə.

Namizədə tələblər:

  • 21-45 yaş arası xanımlar və bəylər
  • Ali Təhsilli olması vacib deyil (üstünlükdür)
  • Azərbaycan dilini yüksək səviyyədə, Rus və ya İngilis Dili Bilikləri üstünlükdür
  • Kompüter və MS Office proqram bilikləri
  • Tibbi Nümayəndə vəzifəsi üzrə iş təcrübəsi 
  • Səlis və aydın nitq, ünsiyyət qabliyyəti yüksək, sistemli təqdimat və inandırma qabiliyyətləri bacarığı
  • Komandada işləmək bacarığı
  • Dürüst, səbirli, məqsədyönlü və məsuliyyətli
  • Ünsiyyət yaratmağı bacaran

İş barədə məlumat:

  • Təyin olunmuş ərazi üzrə Həkimlərlə,Tibbi müəssisələrlə və Apteklərlə görüşlər keçirmək
  • Şirkətə məxsus olan məhsulların təqdimatını, tanıtımını və satışını həyata keçirmək
  • Satış nöqtələrini müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarət edərək nəzarətdə saxlamaq
  • Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək
  • Təqdim edilən məhsullara olan tələbatın öyrənilməsi
  • Məhsul haqqında müştəriyə düzgün informasiyanı ötürmək
  • Bazar araşdırması etmək və satış kanallarını artırmaq
  • Görülmüş işlər haqqında gündəlik və aylıq hesabatlar hazırlamaq

İş günləri: I-V günlər ( VI gün ehtiyac yarandıqda ) 

İş saatları: 09:00-18:00

Əmək haqqı: 500-800 AZN fix + satışdan bonuslar

Email: [email protected]

Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini elektron ünvanına işləmək istedikləri region və vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.