İş icraçısı

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Lahiyə sənədlərinə müvafiq olaraq tikinti quraşdırma işlərini təşkil edir;
  • İşlərin mexanikləşdirilməsi, yeni texnikanın tətbiqi, əməyin təşkilinin təkmilişdirilməsi, sazlama və tikinti quraşdırma işlərinin təmini və materialların qənaətli xərclənməsi sahəsində tədbirlərin həyata keçirilməsi;
  • Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsini təmin edir;
  • Tikinti obyektlərinin istismara verilməsi üzrə istehsalat tapşırıqlarının müəyyən edilmiş müddətlərdə icrasını təmin edir;
  • Tikinti maşınları, nəqliyyat və mexaniki vasitələrin, materiallar, konstruksiyalar, detallar (hissələr) alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlayır və onlardan səmərəli istifadə olunmasını təmin edir;
  • Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir;
  • Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir;
  • Subpodrat (xüsusiləşdirilmiş) təşkilatlar üçün iş sahəsi hazırlayır və onlardan görülmüş işin qəbul olunmasında iştirak edir;
  • Qorunan (mühafizə olunan) sahələrdə işlərin görülməsinə verilən icazəni rəsmiləşdirir;
  • Ustalar üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir;
  • Bilavasitə iş yerlərində işçiləri əmək təhlükəsizliyi qaydalarına dair təlimatlandırır.

Təhsil və iş təcrübəsi:

  • Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil;
  • Minimum 5 il inşaat sahəsi üzrə ümumi təcrübə.

Bacarıq və səriştələr:

  • Ünsiyyət və təşkilati bacarıq;
  • Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
  • Kompüterdə office programlarında sərbəst işləmək bacarığı;

Bilməlidir:

  • Sahədə və ya obyektdə istehsal təsərrüfat fəaliyyətini müəyyən edən metodiki, normativ və başqa göstərici materialları;
  • Tikinti istehsalatının təşkili və texnologiyasını, tikilməli obyektlərin layihə-smeta sənədlərini, tikinti norma və qaydalarını;
  • Tikinti quraşdırma işlərinin aparılması və qəbuluna qoyulan texniki şərtləri;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Müraciət qaydası:

Zəhmət olmasa CV-lərinizi e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “İş icraçısı” qeyd etməyi unutmayın.

Email: [email protected]

Saffron Construction tərəfindən digər vakansiyalar